
- A-
- A
- A+
Bakı Dövlət Sirki 75 illiyini “Zabitlər bağı”nda qeyd etdi
Bakı Dövlət Sirkində ilk tamaşanın nümayiş olunmasından 75 il ötür. Yubleyi olan “Azərbaycan toy”u tamaşası 1946 - ci il 12 iyun tarixində Üzeyir Hacəbəyovun təşəbbüsü ilə hazırlanıb.
Yerigəlmişkən, Bakı Dövlət Sirki yubley ərəfəsində artiq 4-cü milli truppasını da formalaşdırıb.
Uzun müddətdən sonra yeni yaradılan milli truppa ilk çıxışlarını məhz həmin tamaşanın yubleyinə həsr edib.
Proqramda sirk sənətin janırlarına aid olan biri-birindən maraqlı nömrələrə yer verilib.
Ümumilikdə 30 dəqiqədən ibarət olan proqramda Bakı Dövlət Sirkinin 47 nəfər yaradıcı heyəti iştirak edib.
Bakı Dövlət Sirkinin milli truppasının təqdim etdiyi proqram Zabitlər parkında baş tutub.
Qeyd edək ki, proqramda Bakı Dövlət Sirkinin orkestr heyətinin musiqi nömrələrinə də yer verilib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































