Əməkdar artist Azərbaycan xalqının müstəqillik bayramını  DOĞUM GÜNÜNDƏ TƏBRİK ETDİ…

Əməkdar artist Azərbaycan xalqının müstəqillik bayramını DOĞUM GÜNÜNDƏ TƏBRİK ETDİ…

Hazırda oxunan: Əməkdar artist Azərbaycan xalqının müstəqillik bayramını DOĞUM GÜNÜNDƏ TƏBRİK ETDİ…

244088
Bu gün -18 Oktyabr 2018-ci il –Müstəqillik günü Azərbaycanımızın bir sıra vətəndaşları üçün ikiqat şad və təntənəli gündür. Söhbət məhz 18 oktyabrda dünyaya gələnlərimizdən gedir.xa0 Belə tanınmış vətəndaşlarımızdan biri də, əməkdar artist, muğam ustası Ehtiram Hüseynovdur.xa0

Belə bir şərafətli, qürurlu gündə 38 yaşını qeyd edən xanəndə Moderator.az vasitəsilə Azərbaycan xalqına, dövlətinə də ürək sözlərini çatdırdı:

”Xalqımız, dövlətimizxa0 sağ olsun, biz sənətkarları unutmur, neçə-neçə ünvanlardan, sadə vətəndaşlardan təbriklər alırıq. Təbii ki, 18 Oktyabr –bəndəniz üçün ikiqat bayramdır.xa0 Mən dəxa0 öz növbəmdə Azərbaycan xalqını, Azərbaycan dövlətxa0 və hökumət rəhbərliyini, eləcə də müstəqilliyimizin qazanılmasında və qorunmasında xidməti, zəhməti olan hər bir kəsi, xüsusən torpaqlarımızın, asayişimizin keşiyində duran hərbçilərimizi, polislərimizi, öz əməyi ilə dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edən hər bir vətəndaşı, bütün sənət və peşə sahiblərini Müstəqillik bayramı münasibəti ilə təbrik edir, soydaşlarımıza uzun ömür, cansağlığı, xalqımıza, dövlətimizə yeni-yeni uğurlar diləyirəm...”
Tanınmış sənət adamı Müstəqilliklə bağlı ənxa0 böyük arzusunu da dilə gətirdi:
”Dövlətimizə, xalqımıza ən böyük arzum növbəti Müstəqillik günlərini işğaldan azad ediləcək doğma torpaqlarımızda, Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda daha təntənəli şəkildə və ürək açıqlığıyla bayram etməkdir. İnşallah, Cıdır düzündə, Ağdamda həmişəki kimi geniş muğam, sənət, mədəniyyət tədbirləri keçirək, biz də o tədbirlərə qatılaraq xalqımızı feyziyab edək...”
Biz də Moderator.az kollektivi adından gözəl sənətkarımız Ehtiram Hüseynovu ürəkdən təbrik edir, cansağlığı, şəxsi və sənət həyatında yeni uğurlar diləyir, “ inşallah, məlahətli səsiniz Cıdır düzündən, İsa bulağından, Kirsdən, Dəlidağdan, Murovdan ucalsın” deyirik...
Xatırladaq ki, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti. Ehtiram Hüseynov 1980-cı il oktyabr ayının 18-də Laçın rayonunun Hacısamlı kəndində anadan olub. Əslən Daşlı kəndindəndir.xa0
1986-cı ildən Hacısamlı kənd 8 illik məktəbində təhsil alıb. 1992-ci ildə Laçın rayonunun erməni işğalçıları tərəfindən işğal olunması səbəbilə təhsilini Bakı şəhəri Binəqədi rayonu Biləcərəri qəsəbəsindəki 284 saylı orta məktəbində davam etdirib. Uşaqlıq illərində Ağdam muğam məktəbində musiqi təhsili alıb. 1994-1995-ci illərdə Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin "Bənövşə uşaq xoru"nda musiqi fəaliyyəti göstərib.
1997-ci ildə Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olub və həmin məktəbi uğurla bitirib.
2007-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin köməyi ilə həyata keçirilən Azərbaycan Televiziyasının "Muğam" televiziya müsabiqəsində iştirak edib. Həmin müsabiqədə 2-ci yerə layiq görülüb.
2008-ci ildə Azərbaycan Milli Konservatoriyasına daxil olub. Azərbaycan Milli Konservatoriyasının magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Bir çox xarici ölkələrdə qastrol səfərlərində iştirak edib.
2011-ci ildə Beynəlxalq muğam müsabiqəsinin qalibi olub. Hazırda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti vəzifəsində çalışır.
Ailəlidir, 2 övladı var.

Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO