ADP İdarə Heyətinin növbəti toplantısı keçirildi

ADP İdarə Heyətinin növbəti toplantısı keçirildi

Hazırda oxunan: ADP İdarə Heyətinin növbəti toplantısı keçirildi

237811

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi məsələlər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə Almaniya kansleri A.Merkelin ölkəmizə səfərinin nəticələri ətrafında müzakirələr aparıb və bu səfərin ölkələrimiz arasında, həmçinin Avropa ilə Azərbaycan arasında iqtisadi, siyasi, mədəni əlaqələrin yeni mərhələyə çatdırılması baxımdan faydalı olduğunu qeyd edib.

Partiya yetkililəri xanım A.Merkelin Cənubi Qafqaza səfəri zamanı Gürcüstan və Ermənistandan fərqli olaraq Azərbaycanın demokratik kəsimi ilə daha az təmasda olmasını, Ermənistanın təcavüzkar siyasətini dilə gətirməməsini, Rusiyanın Cənubi Osetiya və Abxaziyadan öz qoşunlarını geri çəkilməsinin zəruriliyini qeyd etməklə həmin ölkənin ərazi bütövlüyü və suverenliyinin toxunulmaz olduğunu diqqətə çatdırmasını və bunların əksinə olaraq Dağlıq Qarabağın işğal faktının açıq şəkildə gündəmə gətirməməsini onun regiondakı məsələlərə ikili standartlarla yanaşması kimi qiymətləndirib. Bu cür ikili standartların bir tərəfdən Qərbin xristian təəssübkeşliyindən qaynaqlandığını qeyd edən partiya rəsmiləri bu faktın arxasında həm də Azərbaycan hakimiyyətinin yanlış xarici siyasətinin, Qərb dəyərlərindən bu və ya digər formada imtina edilməsinin, Avroatlantik məkana inteqrasiyadan daha çox, insan hüquq və azadlıqlarının məhdudlaşdırıldığı Rusiyanın yanında yer almasının durduğunu diqqətə çatdırıb.

İdarə Heyəti beynəlxalq aləmdə tanınan tanınmamış və qismən tanınan ölkələrin futbol komandalarının assosasiyası kimi tanınan “Müstəqil futbol assosasiyası konfederasiyasının futbol üzrə növbəti Avropa çempionatının Dağlıq Qarabağ ərazisində keçirilməsi ilə bağlı qəbul etdiyi qərarını qətiyyətlə pisləyib, bu cür cəhdlərin, bölgəmizdə eləcə də, dünyada sülhün və təhlükəsizliyin pozulmasına, separatçı rejimlərin dirçəlməsinə, beynəlxalq hüququn dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinin pozulmasına xidmət etdiyini bildirib və hakimiyyəti adı çəkilən təşkilatın qəbul etdiyi qərarın qarşısının alınması istiqamətində qətiyyətli addımlar atmağa çağırıb.

İdarə Heyəti son vaxtlar sosial şəbəkələrdə, Azərbaycanın ərazi bütövlüyünə, unitar yapısına, milli birliyinə qarşı yönələn cəhdlərdən, bayrağımızı, himnimizi, dövlətimizin ictimai xadimlərini aşağılayan separatçı çıxışların mütəmadi hal almasından ciddi narahat olduğunu bildirib və Respublika Prokurorluğunu milli düşüncəni zədələyən, daxili birliyimizi təhdid altında saxlayan, ölkəmizin parçalnmasında maraqlı olan dövlətlərin dəyirmanına su tökən bu cür hərəkətlərin qarşısını almağa, onların sosial şəbəkələrdəki fəaliyətini nəzarətə götürməyə, vətənə xəyanət iddiasına düşən bu cür ünsürləri ciddi məsuliyyətə cəlb etməyə çağırıb və xalqımızi bu cür parçalayıcı, dağıdıcı, antimilli qüvvələrə qarşı vahid mövqe nümayiş etdirməyə səsləyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO