İlham Əliyev:

İlham Əliyev: "Bu, tarixi bir səfərdir"

Hazırda oxunan: İlham Əliyev: "Bu, tarixi bir səfərdir"

237634
“Biz sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər çox uğurlu olacaq və Almaniya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək”.xa0

Moderator.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdə bildirib.xa0

Merkellə dəfələrlə görüşdüyünü bildirən Azərbaycan Prezidenti, ölkələr arasında siyasi dialoqun fəal şəkildə aparıldığını bildirib.xa0

“Çox şadam ki, bu gün siz Azərbaycandasınız. Bu, tarixi bir səfərdir. İkitərəfli əlaqələrimizin gündəliyi çox genişdir, siyasi, iqtisadi əlaqələr, ticarət əlaqələri, regional məsələlər - yəni, bütün bu məsələləri bu gün müzakirə edəcəyik. Əminəm ki, səfəriniz əlaqələrimizə yeni təkan verəcək”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO