İDDİA: Sumqayıtda sakinlərə bıçaqla hücum EDİR - VİDEO

İDDİA: Sumqayıtda sakinlərə bıçaqla hücum EDİR - VİDEO

Hazırda oxunan: İDDİA: Sumqayıtda sakinlərə bıçaqla hücum EDİR - VİDEO
237372
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sumqayıtda yataqxana sakinləri onları ciddi narahat edən qonşudan şikayət edirlər. İddiaya görə, tüfeyli həyat tərzi sürən kişi qonşuların üstünə bıçaq çəkir.

Bizim.Media xəbər verir ki, şəhərin 15-ci məhəllə ərazisindəki 5 saylı yataqxananın sakinlərinin sözlərinə görə, binanın 4-cü mərtəbəsində yaşayan Məcid Zülfiqarov adlı şəxs onların həyatı üçün təhlükəyə çevrilib.

Uşaqlar, yaşlılar evdən çölə çıxmağa qorxurlar. İddialara görə, həmin şəxs ötən gün öz evinə od vuraraq yataqxananı yandırmaq istəyib.

İttiham olunan şəxs hazırda orada yaşamır. Onun qardaşı Səttar Zülfiqarov da sakinlərin dediklərini təsdiqləyir.

Mövcud vəziyyətlə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, sözügedən şəxslə bağlı daxil olan şikayət əsasında araşdırma aparılır.

Daha ətraflı Xəzər TV-nin süjetində:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO