Bir sıra önəmli tədbirlər çıxış etmək üçün Antalyada səfərdə olan millət vəkili, Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Antalya valisi Munir Karaloğlu ilə görüşüb. Görüşdə Antalya Gazeteçiler Cemiyyeti başqanı Mevlüt Yeni, Antalya Türk Ocaqlarının rəhbər və fəalları da iştirak ediblər. “Türkiyənin uğuru Azərbaycanın, Azərbaycanın uğuru isə Türkiyənin uğurudur. Ümumilli Lider Heydər Əliyevin də dediyi kimi biz bir millət iki dövlətik”-deyən millət vəkili vali ilə söhbət zamanı Azərbaycanın qanayan yarası Dağlıq Qarabağ problemindən geniş danışıb. “Ermənistan hələ də işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmir və 1 milyondan çox soydaşımız öz evlərinə dönə bilmirlər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqlarımızı işğalından azad edəcəyik.” Qənirə Paşayeva qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması, Qarabağ həqiqətlərinin dünyaya daha geniş şəkildə tanıdılmasında, Azərbaycan-Türkiyə əməkdaşlığının, Türk dünyası birliyinin güclənməsində gənclərimizin üzərinə böyük bir missiya düşdüyünü deyərək Antalya Gazeteçiler Cemiyyeti və Antalya Türk Ocaqlarının dəvəti ilə Antalyaya gəldiyini və bu mövzuları özündə əks etdirən tədbirlərdə çıxış edəcəyini deyib. Bu cür tədbirlərin önəminə toxunan Antalya valisi Münir KARALOĞLU öz növbəsində görüşdən məmnunluğunu bildirib. “Sizləri burda görməkdən məmnun oldum. Bizlər bir millətik. Sizin sevincinizə biz də sevinir, kədərinizə ən az sizin qədər kədərlənirik. Azərbaycanın güclü olması ilə biz də güclü oluruq.” Millət vəkili valini ölkəmizə dəvət edib. Antalya valisi Azərbaycana səfər etməkdən böyük sevinc duyacağını deyib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edərək Azərbaycanla Antalya arasında əlaqələrinin daha da güclənməsinin də çox mühüm olduğunu dilə gətirib: O, Antalyada 5 mindən çox Azərbaycanlının yaşadığı,eyni zamanda burada Akdeniz Universitetində çoxlu sayda gəncimiz təhsil aldığını xüsusi vurğulayaraq biz inanırıq ki, siz onların ortaya çıxan məsələ və problemlərinin həllində bu günə qədər olduğu kimi bundan sonra da hər zaman diqqət və qayğı ilə yanaşacaqsınız və bunun üçün sizı təşəkkürümüzü bildiririk. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Antalya valisinə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı matreialları hədiyyə edib. Antalya valisi də millət vəkili Qənirə Paşayevaya Antalya ilə bağlı materiallar, kitablar hədiyyə edib.

- A-
- A
- A+
Cəmiyyət
11:41 / 24.07.2018
Qənirə Paşayeva Antalya valisi ilə görüşdü -FOTOLAR
Hazırda oxunan: Qənirə Paşayeva Antalya valisi ilə görüşdü -FOTOLAR
Hazırda oxunan: Qənirə Paşayeva Antalya valisi ilə görüşdü -FOTOLAR
233969
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































