Əhalinin NƏZƏRİNƏ: İki rayonda qaz olmayacaq

Əhalinin NƏZƏRİNƏ: İki rayonda qaz olmayacaq

Hazırda oxunan: Əhalinin NƏZƏRİNƏ: İki rayonda qaz olmayacaq
231322
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

 Bu gün Bakının Xətai rayonu və Ağdaş rayonunun bir hissəsinin qazla təchizatı dayandırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Xətai rayonu, M.Hadi küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə yanvarın 23-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılıb.

İşlər başa çatanadək M.Hadi, Sarayevo, Q.Nəbi, Şirvani, A.Ələsgər, R.Quliyev küçələrinin, Kənd Əhmədli qəsəbəsinin, Babək prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin, "Ağdaş" qazpaylayıcı stansiyasında (QPS) yeni qaz tənzimləyici qurğunun quraşdırılması məqsədilə "Ağdaş" ölçü qovşağından bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılıb. İşlər başa çatanadək Ağdaş şəhərinin bir hissəsinin, bir qəsəbə və 22 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO