"Məcid "Maşın"dan Murad Dadaşovun istəyi ilə çıxdı" -SƏRT İTTİHAM

Hazırda oxunan: "Məcid "Maşın"dan Murad Dadaşovun istəyi ilə çıxdı" -SƏRT İTTİHAM
227793
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Müğənni Sevinc Musayeva "Maşın" şou barədə ittihamlar səsləndirib.

Moderator.azxa0musavat.com-a istinadən xəbər verir ki, o, sosial şəbəkədə aparıcı Aytən Səfərovanın aktyor Məcid Hüseynovu deyil, Mətanəti oyundan çıxaracağını yazıb.

Müğənni iddia edib ki, oyunun gedişatını M.Dadaşov dəyişib: "Əslində, Aytən, həqiqətən, Mətanət xanımı çıxaracaqdı. Buna 100% əmin olun. Səsvermə açıqlananda Mətanət xanımın da mimikalarına fikir verin, Aytən xanımın da. Səsverməyə qədər Mətanət xanım əsəbi idi, çünki bilirdi ki, çıxacaq.

Reklamlar və səsvermə açıqlananda isə gülürdü. Çünki son reklamda bildi ki, qalacaq. Aytən xanım isə qürurunu boğaraq, sadəcə, Murad Dadaşovun qərarı ilə Məcidi uzaqlaşdırdı. Orada iştirakçıların qərarı yox, Murad Dadaşovun qərarı daha önəmlidir. Bunu bilin. Deməli, Məcid məhz Murad Dadaşovun seçimi ilə Aytən xanımın əliylə kənarlaşdı. Əslində, o qədər səs toplaması Mətanət xanımı sevməyənlərin və onun bu oyundan getməsini istəyənlərin real fikridir. Ona görə də Aytən xanımı son addımına görə qınamayın. Əgər Mətanət xanım getsəydi, Murad Dadaşovun şousu sönük keçəcəkdi. Kimi çıxartsın? Lal-dinməz oturan Məcidi, əlbəttə ki. Mən əvvəldən demişəm ki, ekranda gördüyünüz hər şey, ayın tarixindən başqa yalandı! Ümümi olaraq avtomobil Aytən xanıma qismət olsun".

Qeyd edə ki, dünən səsverməyə çıxan Aytən Səfərova həmkarı Mətanət Əliverdiyevanı oyundan uzaqlaşdıracağını desə də, qalib gəldikdən sonra aktyor Məcid Hüseynovu "Maşın"dan kənarlaşdırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO