“Mayın 14-də Elbrus Orucov əminliklə bildirdi ki, Şuşanı mütləq geri alacağıq...”- Qərargah rəisinin gündəliyindən

“Mayın 14-də Elbrus Orucov əminliklə bildirdi ki, Şuşanı mütləq geri alacağıq...”- Qərargah rəisinin gündəliyindən

Hazırda oxunan: “Mayın 14-də Elbrus Orucov əminliklə bildirdi ki, Şuşanı mütləq geri alacağıq...”- Qərargah rəisinin gündəliyindən
225175
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
“ Elbrus Orucovdan əmr gəlmədiyinixa0 görən reyd dəstəsinin komandiri Xəqani Rüstəmov Şuşaya hücum əmri verir vəxa0 özü də öndə gedən texnikaya əyləşir...”

…Şuşa və Laçının 26-cı qara “yubileyi” tamamlansa da, hər biri bir təbii qala olan bu dilbər guşələrimizin asanlıqla düşmənə təslim edilməsinin ağrı-acısı bir yana, həm dəxa0 onların işğal sirlərinin açılmaması, işğalçı və terrorçu ermənilər bir yana, Azərbaycan hakimiyyəti və hərbi rəhbərlikdə buna şərait yaratmış xainlərin cəzalandırılmaması qəlbimizi yaxıb yandırır...

...26 il öncə bu günlərdə Şuşa və Laçın ətrafında təxribatlar baş alıb gedir, məntiqsiz əmr və göstərişlər verilirdi.xa0 30 aprel 1992-ci ildə Azərbaycanın o vaxtkı Baş Qərargah rəisi Şahin Musayevin hazırlatdığı və müdafiə naziri Rəhim Qazıyevin imzaladığı əmrlə o dövr üçün kifayət qədər nizam-intizamla idarə olunan, polkovnik Arif Paşayevin komandirlik etdiyi Laçın alayı - 811 saylı hərbi hissə rəsmən ləğv olunaraq aprelin 22-dən Şuşa, Laçın, Qubadlı və Zəngilan bölgələri üzrə hərbi komendant təyin olunmuş polkovnik-leytenant Elbrus Orucovun ixtiyarına buraxılır...xa0 Alay rəhbərliyi bu əmrə tabe olmasa da, şəxsi heyət bundan xəbər tutmasa da, qeyri-iradi komandanlıqda və döyüş əmrlərinin verilməsində pərakəndəlik və xaos yaranır....

Sonradan məhkəmədə və müsahibələrində sabiq müdafiə naziri Rəhim Qazıyev o günlər işin hədsiz çoxluğundan onu hazırlayanlara etibar etməklə həmin əmri əsl məğzi ilə tanış olmadan imzaladığını bildirir...

Moderator.az 1992-ci il mayın 1-dən 18-dəkxa0 Laçında baş verənləri 811 saylı hərbi hissənin- Laçın alayının sabiq qərargah rəisi Rafiq Nağıyevin gündəlik və xatirələri əsasında nəzərinizə çatdırır.


(Yazının əvvəlki hissələri üçün bu linkə baxın: //www.moderator.az/news/224979.html)

“Zarıslıda Şuşaya hücuma keçən komandirxa0 Xəqani Rüstəmovun maşını vurulur və...”

“...14 may 1992-c il Laçın rayon mərkəzi... Alayın qərargahı. Turşsudan aldığımız məlumata görə, “OMON” qüvvələri Sarıbaba dağı, Əzizağa Qənizadə və Teymurovun reyd dəstələri Bala Kirs dağı istiqamətində yerləşdirilmişdi.

Laçın alayının əsas qüvvələri isə Qayğı qəsəbəsi, Zabux kəndi istiqamətində idi. Mayın12-dən də Laçın polis qüvvələri Səfiyan, Fərəcan kəndləri istiqamətində cəmlənmişdi...
Qayğı qəsəbəsi və Güləbird kəndindən Laçına gələn yol daim ermənilərin atəşinə məruz qalırdı.
Mayın 15-i səhər tezdən erməni qüvvələri tərəfindən Ermənistanla sərhəddəki 31-posta güclü hücüm edildiyi haqda məlumat aldıq. Bir gün əvvəl posta yerləşdirilmiş, əksəriyyətinin kimlikləri hələ də məlum olmayan əsgərlərdən şəhid olan və yaralananlar olmuşdu. Sağ qalanlar Cağazur kəndi istiqamətindən “erməni gəlir” qışqıraraq qaçmışdılar. Alaydan göndərdiyimizxa0 yerli qüvvələr bir saat ərzində yenidən postu geri alıb oradaxa0 möhkəmləndilər...

Mayın 15-i səhər artıq Şuşaya mütləq hücum olacağına və Şuşanın geri qaytarılacağına əmin idik. Belə ki, bruqada komandiriri Elbrus Orucov ayın 14-də əminliklə bildirdi ki, Şuşanı geri alacağıq...
Turşsuda hücum əmri gözləyən bölmələr hücumun olmayacağını bildikdə reyd dəstəsinin komandiri Xəqani Rüstəmov öz dəstəsinə Şuşa istiqamətinə hücum əmri verir və özü öndə gedən texnikaya əyləşir. Zarıslı kəndinə yaxınlaşan zaman ermənilər onu vururlar. Dəstə üzvləri komandirin vurulduğunu görüb geri Turşsuya qayıdırlar...”

Təqdim etdi: Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO