Türkiyənin “Yeni Şəfəq” qəzeti Azərbaycanda aprelin 11-dəxa0 keçiriləcək prezident seçkiləri ilə bağlı “Azərbaycan Əliyevlə böyüyür” başlıqlı məqalə yayımlayıb.xa0
Məqalədə qeyd olunur ki, Azərbaycanda prezident seçkilərinə iki həftədən də az vaxt qalır və həyəcan artır. 11 apreldə baş tutacaq seçkidə Azərbaycan xalqı 7 il müddətinə öz prezidentini seçəcək. 8 namizədinxa0 qatıldığı seçkidə şübhəsiz ki, ən güclü namizəd 14 ildir ölkəni idarə edən İlham Əliyevdir. Əliyev eyni zamanda ölkənin ən böyük siyasi partiyasının yəni, Yeni Azərbaycan Partiyasının da sədridir.xa0
Oktyabr ayında keçirilməsi nəzərdə tutulan seçkilər prezident Əliyevin qərarı ilə aprel ayında baş tutacaq.xa0 Ölkəni yaxından tanıyan ekspertlər seçkilərin qabağa çəkilməsinin səbəbini ölkəyə yönələn təhdidin qarşısını almaq məqsədilə edildiyini bildirib. İlham Əliyevin seçkilərdən zəfərlə çıxması ölkənin daha da güclənəcəyinin zəminidir.
Sorğu anketlərində böyük dəstəkxa0
Seçimə iki həftədən də az qaldığıxa0 bir müddətdə sorğu şirkətləri İlham Əliyevin seçkilərdə ən güclüxa0 namizəd olduğunuxa0 və qələbə çalacağını qeyd edirlər. Amerikanın AJF&Associates Incxa0 araşdırma şirkətinin 28 mart tarixli araşdırmasına görə seçicilərinxa0 82 faizi İlham Əliyevi dəstəkləyir. Azərbaycanın müstəqil ELS sorğu şirkətinin apardığı sorğuda iştirakçıların 84, 1 faizi İlham Əliyevi prezident görmək istədiklərini qeyd ediblər.xa0

İqtisadiyyatda möhtəşəm həmlələr
İlham Əliyevin 14 illik prezident olduğu müddətdə Azərbaycan iqtisadiyyat və təhlükəsizlik məsələlərində böyükxa0 həmlələr həyata keçirib. Belə ki, son 14 ildə Azərbaycan iqtisadiyyatı 14 dəfə böyüyüb. İşsizlik səviyyəsi 50 faizdən 5 faizə düşüb. Ölkəyə 231 milyard dollar investisiya qoyulub. Mərkəzi Bankın rezervləri 23 dəfə artıb.xa0 2 milyon nəfərə yenixa0 iş yerləri imkanı yaradılıb. Əliyev dönəmində ölkənin iki böyük beynəlxalq tədbiri uğurla yerinə yetirməsi ölkənin modern üzünü həm də turizm potensialını ortaya qoyub.xa0
Türkiyənin böyük dostu
İlham Əliyev Türkiyəninxa0 beynəlxalq arenada ən böyük dostudur. Türkiyə-Azərbaycan münasibətlərinin hər sahədə inkişaf etməsinə önəm verənxa0 Əliyev 2014-cü ildə baş tutan Avropa Təhlükəsizlik və İşbirliyi Təşkilatının toplantısında Ermənistan prezidenti Sej Sarkisyanın Türkiyəyə yönəlik haqsız çıxışına “Türkiyə burada yoxsa, mən varam” şəklində cavab vermişdi.xa0
Qafqazın ən güclü ordusu
İlham Əliyev dönəmində ölkənin ordusu ən yeni modern texnologiyalara sahib olub. 2016-cı ildə işğalçı Ermənistanın Azərbaycana qarşı hərbi müdaxiləsinə Azərbaycan ordusu sürətlə cavab verib. Düşməni geri çəkilməyə məcbur edən ordu 2000 hektarlıq ərazini dəxa0 işğaldan azad edib(qafqazinfo)































































































