Qənirə Paşayeva Novruz bayramını Aprel Zəfəri şəhidlərimizin ailəsi ilə qarşıladı

Qənirə Paşayeva Novruz bayramını Aprel Zəfəri şəhidlərimizin ailəsi ilə qarşıladı

Hazırda oxunan: Qənirə Paşayeva Novruz bayramını Aprel Zəfəri şəhidlərimizin ailəsi ilə qarşıladı
217900
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qədim İçərişəhərdə keçirilən bayram tədbirində millət vəkili, Avrasiya Beynəlxalq Araqşdırmalar İnstitutu İB-nin sədri xa0Q.Paşayeva şəhid ailələrimizi bayram münasibətilə təbrik edib. O, şəhidlərimiz kimi, onların anaları, xanımları, övladları da bizim üçün çox qiymətlidir və onlar bütünxa0xa0məclislərdə bu gün burada olduğu kimi xüsusi diqqətimizdə olmalıdır deyib və şəhidlərimizin və onların ailələrinin qəhrəmanlığından geniş danışıb. Hər bir qəhrəman şəhidimiz haqqında danışan millət vəkili Q.Paşayeva Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından ətraflı danışıb və belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik deyib. Ali Baş Komandanımız, cənab Prezidentin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran millət vəkili Q.Paşayeva böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün hər birimiz fəal olmalıyıq deyib. Bu istiqamətdə fəal işlər görmək üçün xa0yeni yaradılmış “Aprel 2016 Şəhid ailələrinə dəstək “İB xa0xa0təşkilatının həmtəsisçisilərini təbrik edən və uğurlar diləyən millət vəkili Q.Paşayeva onların gənclərimiz arasında vətənpərvərlik ruhunun gücləndirilməsində, şəhid ailələrimizlə bağlı məsələlərdə hər zaman fəal olacaqlarına inandığını deyib. Millət vəkili Q.Paşayeva çıxışında bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər.xa0Q. Paşayeva “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”- deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib və növbəti bayramlarımızı Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə qeyd edək deyib. Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin birinci Vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi deyən millət vəkili Q.Paşayevaxa0hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz deyib. “Aprel 2016 Şəhid ailələrinə dəstək “İB xa0həmtəsisçisi, qəhrəman şəhidimiz Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə, təşkilatın digər həmtəsisçisi, tanınmış jurnalist Aida Eyvazlıxa0çıxış edərək cənab Prezidentin və 1-ci vitse-prezidenti Mehriban xanın Əliyevanın şəhid ailələrinə diqqət və qayğısını xüsusi vurğulayıblar vəxa0xa0yeni yaradılan təşkilatın daxa0xa0şəhid ailələrini hər zaman diqqətdəxa0saxlayacağını bildiriblər. Tədbirdə xa0xa0MÜSİAD təşkilatının rəsmiləri,xa0 “AZMAN”şirkətinin və “Art Garden”-nin təmsilçiləri də çıxış edib, şəhid ailələrini təbrik edib və hər zaman yanınızdayıq deyiblər. Aprel şəhidlərimizin ailələri ilə geniş söhbətlər, fikir mübadiləsi olub, millət vəkili Q.Paşayeva xa0hər bir şəhid ailəsini ayrılıqda da dinləyib və tədbirin sonunda xa0hər kəs birlikdə gələn Novruz bayramını birlikdə Xankəndində, Şuşada, Xocalıda qeyd edək deyiblər.xa0Tədbir Azərbaycanın Əməkdar Artisti Nuriyyə Hüseynovanın ifasında “Qarabağ şikəstəsi” ilə başa çatıb. xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO