
- A-
- A
- A+
Cəmiyyət
12:53 / 16.03.2018
1 dəq oxunma
Diaspor təşkilatı “ADR 100” yubiley ordeni təsis etdi
Hazırda oxunan: Diaspor təşkilatı “ADR 100” yubiley ordeni təsis etdi
217481
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) İdarə Heyəti Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin keçirilməsi ilə bağlı tədbirlər planını təsdiq edib.xa0
UABD-dən verilən məlumata görə, Tədbirlər planı Prezident İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq təşkil olunacaq.xa0xa0
UABD İdarə Heyəti ilk olaraq “ADR 100” yubiley ordeninin təsis edilməsi haqqında qərar verib. “ADR 100” yubley ordeni UABD ilə uzun illərdir əməkdaşlıq şəraitində Azərbaycan dövlətinin tanıdılması, onun uğurlarının təbliği istiqamətində birgə çalışan siyasət, iqtisadiyyat, mədəniyyət, ədəbiyyat, incəsənət, mətbuat, idman sahəsində fərqlənən ictimai və siyasi xadimlərə təqdim olunacaq. Ordenin konkret hansı şəxslərə verilməsi barədə qərarı da UABD İdarə Heyəti verəcək.xa0
Bir dəfə hazırlananxa0 orden 100 ədəd olacaq və eyni sayda fərqlənən həm yerli, həm də xarici vətəndaşlara təqdim olunacaq.xa0
Ordenin 100-cü nömrəsi xatirə kimi saxlanılması üçün Kiyev şəhərində fəaliyyət göstərən Medal Fonduna təqdim olunacaq.xa0xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































