Qarşıdan qondarma erməni soyqırımının növbəti ildönümü gəlir. Maraqlıdır, ermənilərinxa0 Türkiyəyə qarşı əsassız iddialarına qarşı xaricdəki türk təşkilatları ilə yanaşı, Azərbaycanın diaspor təşkilatlarının da mübarizə aparması, bu mübarizənin əlaqələndirilməsi ümumtürk maraqları baxımından nə dərəcədə önəmlidir?
Moderator.az -a açıqlama verən millət vəkili Aydın Mirzəzadə ötən il olduğu kimi bu il də Azərbaycan və Türkiyə təşkilatlarının erməni yalanına qarşı birlikdə mübarizə aparacağına əminliyini ifadə edib:
“Artıq xeyli vaxtdır ki, xaricdəki Azərbaycan və Türkliyə təşklatları bu məsələdə birgə iş aparır. Onlar həm Türkiyənin, həm də Azərbaycanın maraqlarını birlikdə müdafiə edirlər. Bu isə öz səmərəsini verir. Bu, özünü Avropa və Amerikada daha çox hiss etdirir. Xaricdəki millətçi erməni təşkilatlarına ildən-ilə qondarma erməni soyqırımı ilə bağlı tədbir keçirmək getdikcə çətinləşir. ABŞ-da Türkiyə səfirliyi yaxınlığında bir meydança var. Əvvəllər erməni millətçi təşkilatları gün ərzində oranı tutaraq Türkiyə səfirliyini işləməyə qoymurdu. Axırıncı iki ildə Türkiyə-Azərbaycan Birləşmiş Diaspor Təşkilatı əvvəldən həmin meydanı tutaraq əks-təbliğat aparmaq üçün geniş imkan əldə edir. Hesab edirəm ki, bu il də biz belə bir birliyin şahidi olacayıq”.
Seymur Əliyev



































































































