Kazımlıdan Sarvana cavab:

Kazımlıdan Sarvana cavab: "Öz ambisiyasını reallaşdırmaq üçün məni hədəf seçib"

Hazırda oxunan: Kazımlıdan Sarvana cavab: "Öz ambisiyasını reallaşdırmaq üçün məni hədəf seçib"
216666
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Şair Salam Sarvan öz “facebook” səhifəsindəxa0 jurnalist Xalid Kazımlıya ünvanladığı məktubunu dünən saytımızda yayımlamışdıq. Şair bildirmişdi ki, özünü müxalifətçi sayan jurnalist Xalid Kazımlının tutduğu iki evdə vətəndaş olaraq onun da payı var.xa0

Bu gün Moderator.az-ın əməkdaşı jurnalist Xalid Kazımlının məsələyə münasibətini öyrənib. Xalid Kazımlı bildirib ki, Salam Sarvan adətən depressiyaya düşəndə onun əleyhinə status yazır:
xa0
"Hər dəfə depressiyaya düşəndə götürüb belə bir şey yazır. Mən bu evi almaqdan imtina etsəm də, ona verməyəcəkdilər. Çünki şairdir, jurnalist deyil. 31 ildir çap olunuram. Toplamda 70 kitablıq yazılarım var. O da iki cüt, bir tək köşə yazıb. Sadəcə, çox istedadlı bir şair öz ambisiyasını reallaşdırmaq üçün məni hədəf seçib. Əgər, bu ona kömək edəcəksə, etirazım yoxdur. Davam eləsin”.xa0

Xalid Kazımlı iki evi olması məsələsinə də aydınlıq gətirib:

“İki ev məsələsinə gəlincə, mənim hazırda 1 evim var. O biri qısa müddətdən sonra başqasının olacaq və ondan gələcək pulu övladlarımın təhsilinə xərcləyəcəm. Hələ bir o qədər də lazım olacaq”.

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO