“WhatsApp”ın yaratdığı yeni təhlükə nədir? – Ekspertdən AÇIQLAMA

Hazırda oxunan: “WhatsApp”ın yaratdığı yeni təhlükə nədir? – Ekspertdən AÇIQLAMA

21424

Dəqiq tarix göstərilməsə də, bir neçə həftədən sonra bir çox istifadəçilər "whatsApp”-la vidalaşa bilərlər. Bunu istəməyənlər şirkətin şərtlərini qəbul etməlidirlər.

Xatırladaq ki, mayın 15-də, "whatsApp”- ın yenilənən gizlilik müqaviləsinin müddəti başa çatıb.

Yeni şərtləri qəbul etməyənlər əvvəlcə mesajlaşma çatlarını görə bilməyəcəklər. Sonrakı mərhələdə də sazişi imzalamayanların zəngləri və mesajları bloklanmağa başlanılacaq.

Qeyd edək ki, "whatsApp”-ın məxfilik siyasətinin yeniləyəcəyi ötən ilin dekabrında elan olunmuşdu. Lakin səs-küyə səbəb olduğundan istifadəçilərə vaxt verildi.  
 

MÖVZU İLƏ BAĞLI:

“WhatsApp”ın yeni şərtləri qüvvəyə mindi - Bloklanmağa başlanılacaq


Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da istifadəçilər şəxsi məlumatlarının “Facebook”-da paylaşılacağından narahatdırlar.

Əslində narahtlığa əsas varmı? "WhatsApp”-ın yeni şərtləri istifadəçilərin alternativ platformalara üz tutmasına şərait yarada bilərmi? Digər tərəfdən isə "whatsApp”-ın da daxil olduğu “Facebook” şirkətindən başqa “surprizlər” də  - məsələn, gələcəkdə hansısa şərtlərin qəbul edilməyəcəyi təqdirdə “facebook” profillərinin bloklanacağı, mesencerin görünməyəcəyi kimi məsələlərlə üzləşə bilərikmi? 

Texnobloger Fərid Pərdəşünas Bizim.Media-ya açıqlamasında bildirib ki, narahatlığa əsas səbəb odur ki, insanlar onların yazışmalarının oxunacağını, şəkillərinin ortaya çıxacağını, videogörüntülərinin, danışıqlarının “facebook”-da yayımlanacağını düşünürlər: 

“Bu tamamilə yalnış anlaşılmalıdır. Biz gizli şərtlərin bəndlərinə nəzər saldıqda, görə bilərik ki, “Facebook” “whatsApp” üzərində olan istifadəçi məlumatlarını özünün alt qurumları ilə bölüşəcək. Burada “facebook”-la bölüşülməklə,“f acebook”-da bölüşülmək anlamına diqqət yetirmək lazımdır. Yəni məlumatlar ana şirkətlə bölüşülür.

“Facebook” sonradan bunu müxtəlif məqsədlər üçün istifadə edir - əsasən reklam verən biznes şirkətlərinin mənafeyi üçün bu məlumatlardan istifadə edir. Bəs hansı məlumatlarımız facebook-la bölüşüləcək? – Bura istifadəçinin adı, soyadı, profil şəkli, son onlayn olma tarixi, “whatsApp”- da aktivliyi, daxil olduğu qruplar, maraq dairələri aiddir. Yəni istifadəçi davranışlarından yaranan məlumatlar bölüşüləcək”.

Fərid Pərdəşünas deyir ki, “whatsApp”-da olan bütün yazışmalarımız, şəkillərimiz, şəxsi fayllar ikitərəfli şifrələmə metodu ilə qorunur. Yəni “whatsApp”- ın, Facebook-un özündə belə bu məlumatlar görünmür: 
 

“İstifadəçilər bu şərtləri qəbul edərkən narahat olmalı deyillər, yəni bu qədər təşvişə ehtiyac yoxdur. Onsuz da “whatsApp” bunu zaman-zaman edib.  Sadəcə olaraq, istifadəçilərlə bağlı yeni beynəlxalq qaydalara uyğun olaraq, ”whatsApp” bunu istifadəçilərlə razılaşdırmalıdır”. 
Texnobloger şəxsən özünün şərtləri qəbul etdiyini qeyd etdi: 


“Kimsə qəbul etmək istəmirsə, tövsiyyə edərdim ki, öz faylarını bulud yaddaşlara köçürsün və «WhatsApp”-la vidalaşsın”.

“WhatsApp”-ın tətbiq etdiyi yeni qaydalar alternativ platformalara keçidi sürətləndirə bilərmi?

Fərid Pərdəşünas qeyd edib ki, gələcəkdə alternativ platformaların – o cümlədən də “Teleqram”, “Siqnal”-ın aqibətinin necə olacağı bəlli deyil. 

Gələcəkdə “Facebook” profillərimizdən istifadə ilə bağlı hansısa şərtlərlə rastlaşma ehtimalımızın olub-olmamasına gəlincə, mütəxəssis deyir ki, “Facebook”-a daxil olarkən, əvvəlcədən şərtləri qəbul edirik: “Hələ ki, hansısa digər şərtlərlə qarşılaşacağımız gözlənilmir”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO