
- A-
- A
- A+
Cəmiyyət
18:30 / 19.02.2018
3 dəq oxunma
Prezident İlham Əliyev Abbas Ələsgərovun vəfatı ilə əlaqədar başsağlığı verib
Hazırda oxunan: Prezident İlham Əliyev Abbas Ələsgərovun vəfatı ilə əlaqədar başsağlığı verib
213734
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Azərbaycan prezidenti İlham Əliyev, dövlət rəsmiləri və elm nümayəndələrixa0 Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Abbas oğlu Ələsgərovun vəfatı ilə əlaqədar nekroloq yayıblar.
APA-nın məlumatına görə, nekroloqda deyilir:
Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Əməkdar memar Abbas Abbas oğlu Ələsgərov 2018-ci il fevralın 18-də ömrünün 81-ci ilində vəfat edib.
Abbas Ələsgərov 1937-ci il dekabr ayının 13-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1957-1963-cü illərdə Azərbaycan Politexnik İnstitutunun nəqliyyat fakültəsində mühəndis-inşaatçı ixtisası üzrə ali təhsil alıb.
Əmək fəaliyyətinə hələ tələbə ikən, 1959-cu ildə respublika “Xalqtəsərrüfatmaştəchizatsatış” idarəsində mühəndis kimi başlayan Abbas Ələsgərov 1960–1961-ci illərdə ixtisaslaşdırılmış “Sənayetikintimexanikləşdirmə” trestində texnik, usta və mühəndis, 1961–1962-ci illərdə Azərbaycan Respublikası Kommunal Təsərrüfat Nazirliyinin əsaslı tikinti şöbəsində mühəndis işləmiş, 1962–1976-cı illərdə Sənaye Tikinti Nazirliyində tikintidə yeni texnikanı tətbiq edən “Texniki tikinti təşkilatı” trestində böyük mühəndis, qrup rəhbəri, şöbə müdiri və baş mühəndis, 1976–1977-ci illərdə Sənaye Tikinti Nazirliyinin 4 nömrəli trestinin tikinti idarəsində baş mühəndis vəzifələrində çalışıb. O, 1977–1982-ci illərdə SSRİ Dövlət Tikinti və Arxitektura Komitəsinin “Azərdövlətsənayelayihə” İnstitutunda baş mühəndisin müavini, 1982–1983-cü illərdə Bakı Baş Tikinti İdarəsinin layihə konstruktor-texnoloji bürosunun, 1983–2007-ci illərdə isə Bakı Dövlət Layihə İnstitutunun direktoru vəzifələrini tutub.
xa0
Abbas Ələsgərov 2007-ci ildən ömrünün sonunadək Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri olub, eyni zamanda, 2007–2012-ci illərdə Azərbaycan Memarlar İttifaqına sədrlik edib.
xa0
Tanınmış memar və inşaatçı Abbas Ələsgərov həyatını quruculuq işlərinə sərf edib və Azərbaycanda tikinti-memarlıq kompleksinin inkişafına töhfələr verib. O, ölkə miqyasında bir sıra obyektlərin layihələndirilməsi və inşasının təşkili işlərinə rəhbərlik edib, yüksək peşəkarlığı, təşəbbüskarlığı və əməksevərliyi sayəsində mühüm əhəmiyyətə malik bu layihələrin uğurla həyata keçirilməsində təqdirəlayiq fəaliyyət göstərib. Bakı şəhərinin bugünkü simasını müəyyən edən bir çox binaların, yaşayış massivləri və komplekslərinin tikinti layihələrinin, eləcə də Milli Parkın baş planının hazırlanmasında onun özünəməxsus xidmətləri var.
xa0
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri kimi Abbas Ələsgərov tarixi abidələrin qorunması, şəhərsalmada tarixiliklə müasirliyin vəhdətinin təmin olunması və tikinti işlərinin planlı qaydada aparılması üçün bütün qüvvə və imkanları səfərbər etməklə üzərinə düşən vəzifələrə məsuliyyətlə yanaşmış və göstərilən etimadı daim doğruldub.
xa0
Abbas Ələsgərovun respublikada memarlığın inkişafında xidmətləri və şəhərsalma sahəsində uzunmüddətli səmərəli fəaliyyəti lazımınca qiymətləndirilib. O, “Əməkdar mühəndis” və “Əməkdar memar” fəxri adlarına layiq görülüb, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından “Şöhrət” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.
xa0
Tanınmış memar və mühəndis, bacarıqlı təşkilatçı və təvazökar insan Abbas Abbas oğlu Ələsgərovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.
xa0
Allah rəhmət eləsin!
xa0
İlham Əliyev
Mehriban Əliyeva
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Abid Şərifov
Hacıbala Abutalıbov
Əbülfəs Qarayev
Ömər Eldarov
Elbay Qasımzadə
Rasim Əliyev
Dövlətxan Dövlətxanov
Gülçöhrə Məmmədova
Ərtegin Salamzadə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































