“Ayaz Mütəllibovun pisi də bizimdir, yaxşısı da...” - Maksim Musayev

“Ayaz Mütəllibovun pisi də bizimdir, yaxşısı da...” - Maksim Musayev

Hazırda oxunan: “Ayaz Mütəllibovun pisi də bizimdir, yaxşısı da...” - Maksim Musayev

211097
Azərbaycan kommunistlərinin sonuncu plenumunda rəhbərlik səviyyəsində yeni partiya yaradılması məsələsi də qaldırılıb...

27 il öncə çökmüş SSRİ-nin əsas ideoloji dayağı olan Kommunist Partiyası artıq 1991-ci ilin ortalarındanxa0 ayrı-ayrı müttəfiq respublikalarda, eləcə də Azərbaycanda süquta doğru getməkdə idi...xa0 xa0
Maraqlıdır, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin son plenumundaxa0 sonuncu 1-ci katib öz çıxışında nələri vurğuladı? Bu çıxış ətrafında hansı müzakirələr oldu? Keçmiş kommunist rəhbərlər partiyanın süqutunu necə qarşılayırdılar?..

Bu suallara cavab tapmaq üçün Moderator.azxa0 Azərbaycan Milli Məclisinin sabiq deputatı Maksim Musayevin “Azərbaycan Kommunist Partiyasının süqutunun son saatlarında çıxışım” adlı məqaləsinin maraqlı məqamlarını təqdim edir.xa0


“Heydər Əliyevin vəziyyətini pis günə salan ermənilər olmadımı?”


Tanınmışlardan Abbas Abbasov, Fərhad Bədəlbəyli, Asya Manafova, Viktor Polyaniçkonun da iştirak etdiyi Azərbaycan kommunistlərinin sonuncu plenumunda Maksim Musayev də söz alaraq çıxış edib. Həmin çıxışı M.Musayevin öz məqaləsində təqdim etdiyi şəkildə nəzərinizə çatdırırıq:xa0xa0

xa0“Azərb. KP MK plenumunun 28 avqustxa0
1991-ci il çıxışım - stenoqramından çıxarış. ... (rusca).xa0
Abbasov (rusca).xa0
T.Qasımov (rusca).xa0
Asya Manafova (rusca).xa0xa0
Maksim Musayev:xa0

“Xahiş edirəm, mənə söz verin... Azərbaycan Kommunist Partiyası axırıncı günlərini yaşayır. Bu, Kommunist Partiyası üzvlərinin özlərinin günahı üzündən olan məsələdir. İndi söhbət yeni partiyanın yaranmasmdan gedir. Bu yeni partiyanm yaranmasında hamı eyni fikirdə olmalıdır. Adı necə olmalıdır?.. Mən istəyirəm ki, “Azərbaycanın Tərəqqisi Uğrunda” adı altında ədalətli bir partiya olsun. Belə daha düzgün olardı. Biz həmişə çalışmışıq, Azərbaycanın tərəqqisi uğrunda mübarizə aparaq. Biz respublikamızın çətinliyini bundan sonra da çiynimizdə gəzdirəcəyik. Ona görə də mən istəməzdim ki, partiyanı belə tez yekunlaşdıraq. Belə düz olmaz. Onun qapısını belə tez bağlamaq düz deyil. Mənə elə gəlir ki, düşünüb bizim xalqın adət və ənənəsinə uyğun olaraq getməliyik. Biz də başqaları kimi tələsik möhürləsək, onlardan fərqlənmərik. Onsuz da Prezidentimiz bütün məsələləri düşünərək ədalətlə həll edir. Sentyabrm 8-də seçkilər olacaq. Deleqat seçkisi nizamnaməyə əsaslanır. Mən hələlik ki, kommunistəm və onsuz da yeni seçkilərdə yeni yaranan partiyanın üzvü də olacağam. Ona görə ki, mən xalqımı çox sevirəm. Ancaq gəlin düşünülmüş formada bunları təmkinlə həll edək. Yuxarılara baxmayaraq ...Bilirsiniz də mən kimi deyirəm. Mənə belə gəlir ki, bunların hamısını ermənilər edirlər. Mircəfər Bağırovun evini yıxan ermənilər deyildimi? ...Sonra Axundov Vəlini, Heydər Əliyevin vəziyyətini pis günə salan ermənilər olmadımı? Sonra Kamran Bağırovu, Vəzirovu... Bunun kökündə ermənilərin mafıyası dayanıb. İndi də bunun kökü gəlib çıxıb Ayaz Mütəllibov yoldaşa... Buradakı hər bir məsələdə bilməliyik ki, ermənilərin əli vardır. Necə olur ki, Qorbaçov 71 saat ərzində orada qalıb... girovda. Ancaq Qorbaçovun əziz ermənisi, yaxın işçisi - sağ əli olan Şahnazarov yoxdur orada... Ölkə rəhbərinin yanında. Sonra bu erməni gəlib çıxır Ağ evə... yəni Kremlə...xa0
Ayaz Mütəllibovun pisi də bizimdir, yaxşısı da bizim... Yuxarıda sadaladıqlarımı dərk etməliyik. Ona görə də ehtiyatlı olmalıyıq. İndi də Dağlıq Qarabağ Komitəsinin getməsi barədə...”xa0
(Sənəd - Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində saxlanılır (Fond JVs 1, Siyahı JVa 86, Sax. Vah. JVs 18)”.xa0

(Davamı var)
Təqdim etdi: Sultan Laçın


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO