Zeynəb Xanlarova ad günündə Amerikaya getdi

Zeynəb Xanlarova ad günündə Amerikaya getdi

Hazırda oxunan: Zeynəb Xanlarova ad günündə Amerikaya getdi
205728
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Dekabrın 28-də Azərbaycan Respublikasının Xalq artisti, görkəmli sənətkar, millət vəkili Zeynəb Xanlarovanın ad günüdür.

Zeynəb xanımın 81 yaşı tamam olub.

Moderator.az xəbər verir ki, Xalq artistinin köməkçisixa0 Modern.az-axa0 açıqlamasında deyib ki, hazırda sənətkar Azərbaycanda deyil.
“Zeynəb Xanlarova hazırda Azərbaycanda deyil, Amerikadadır. Builki doğum gününü Amerikada ailəsi və dostlarının əhatəsində qeyd edir. Təmtəraqlı ad günlərindən uzaqq olan Zeynəb xanım bunu ailəsilə birgə sadə şəkildə keçirir. Zeynəb xanımım Azərbaycana nə vaxt qayıdacağını deyə bilmərəm. O, gah vətəndə, gah da Amerikada olur. Adətən xaricdə konsertlər təşkil edir. Zeynəb xanım xaricdə olsa da, ürəyi həmişə xalqının yanındadır. Demək olar ki, hər bir hadisə ilə maraqlanır.”x9d.
Zeynəb Xanlarova 1936-cı il dekabrın 28-də Bakıda Yəhya və Pəricahan Ð¥anlarovların ailəsində dünyaya göz açıb. Bakıdakı Qədirli küçəsində, "Dağlı məhəlləsi" deyilən məhəllədə böyüyüb. Atası Yəhya Aslan oğlu bu məhəllədə doğulub, lakin o, əslən ŞamaÑ…ıdandır. Anası Pəricahan İsa qızı da həmin məhəllənin sakini olub. Ancaq anasının valideynləri əslən Ñ…ızılıdır. Ailədə beş uşaq olublar - iki bacı, üç qardaş. Zeynəb Ñ…anımın atası Yəhya kişi neft mədənlərində neftçi-fəhlə işləyib. Anası evdar qadın olub.xa0

Zeynəb Ñ…anım orta təhsilini elə "Dağlı məhəlləsi"ndə yerləşən 161 saylı orta ümumtəhsil məktəbində alıb. İlk dəfə birinci sinifə yoÑ…, dərhal 2-ci sinfə qəbul olunub. Orta məktəbdə oÑ…uya-oÑ…uya Bakıdakı Mərkəzi Pioner və Məktəblilər Sarayındakı bədii özfəaliyyət dərnəyinə üzv yazılıb. Məşhur "Cücələrim" mahnısının Ñ…orla səsləndirilib lentə yazılmasında iştirak edib.xa0

O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəyovun “Leyli və Məcnun”x9d, “Əsli və Kərəm”x9d operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.

Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında “Çahargah”x9d muğamının ilk ifaçılarından biridir. Haqqında “Salam, Zeynəb!”x9d adlı sənədli televiziya filmi çəkilib.xa0

Zeynəb Xanlarova həm də uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. “Şöhrət”x9d ordeni ilə təltif edilib. 1975-ci ildən Azərbaycanın xalq artisti, 1980-cı ildən SSRİ xalq artisti, 1985-ci ildən Azərbaycan SSR Dövlət mükafatı laureatıdır.xa0

Zeynəb Xanlarovanın iki oğlu var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO