ADPU-da şair Baba Vəziroğlunun “Məndən bir də olmayacaq!”x9d adlı yaradıcılıq gecəsi keçirildi

ADPU-da şair Baba Vəziroğlunun “Məndən bir də olmayacaq!”x9d adlı yaradıcılıq gecəsi keçirildi

Hazırda oxunan: ADPU-da şair Baba Vəziroğlunun “Məndən bir də olmayacaq!”x9d adlı yaradıcılıq gecəsi keçirildi

203834
Dekabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbə Gənclər Təşkilatının (TGT) Filologiya fakültəsi təşkilatının və Kitab klubunun birgə təşkilatçılığı ilə tanınmış və istedadlı şair, nasir, tərcüməçi, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi, "Humay" mükafatı laureatı Baba Vəziroğlunun “Məndən bir də olmayacaq!”x9d adlı yaradıcılıq gecəsi keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, müəllim və tələbələri iştirak ediblər.


Tədbirdə giriş sözü ilə çıxış edən Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov Baba Vəziroğlunun həyat və yaradıcılığından danışaraq gənclərin şeirə, poeziyaya marağından söz açıb. Baba Vəziroğlunun gənclər arasında ən çox oxunan şairlərdən biri olduğunu qeyd edib. Bildirib ki, şairin misraları həm dillərdə, həm mahılarda yaşayır. Onun mindən çox şeirinə mahnı bəstələnib.


Sonra tələbələr Baba Vəziroğlunun “İlahi”x9d, “Unut görüm”x9d, “Ayrılıq”x9d, “Bağışlaram səni”x9d, “Sənsiz keçən günlərim”x9d şeirlərini və şeirləri əsasında bəstələnmiş “Nigaranam”x9d, “Dəniz”x9d, “Xatirədir”x9d mahnılarını ifa ediblər.

Tədbirdə Baba Vəziroğlunun “Vətən”x9d şeiri əsasında bəstələnmiş eyniadlı musiqi ifa edilib.

Baba Vəziroğlu çıxış edərək görüşün keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib, tələbə-gənclərin suallarını cavablandırıb və öz şeirlərini oxuyub.

Sonda xatirə şəkli çəkdirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO