“Bu, bütün dünyada yeni bir düzənin başlanğıcı ola bilər”x9d

“Bu, bütün dünyada yeni bir düzənin başlanğıcı ola bilər”x9d

Hazırda oxunan: “Bu, bütün dünyada yeni bir düzənin başlanğıcı ola bilər”x9d

199030

Bu gün Axıska türklərinin doğma torpaqlarından sürgün edilməsinin növbəti ildönümdür. Maraqlıdır, üzərindən bri neçə qərinə keçsə də, hələ də öz haqlarını bərpa edə bilməyən Axıska türkləri türk dövlətləri tərəfindən yetərincə himayə olunurmu? Onların müdafiəsini kimlər təşkil etməli, onların haqq işi uğrundakı müdafiəsini kimlər dəstəkləməlidir?

Moderator.az-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu bu məsələdə əsas məsuliyyətin türk dövlətlərinin üzərinə düşdüyünü vurğuladı:

“Axıska türklərinin hüquqlarını hər kəs müdafiə etməlidir. İlk növbədə isə türki cümhuriyyətləri bu məsələdə fəal olmalıdır. Axıska türkləri 40-cı ilərdə sürgün edildi və 80-ci illərdə onlara qarşı yeni təzyiq dalğası başladı. Axıska türklərinin məcburən bir sıra ölkələrdə, hətta ABŞ-da yerləşməsi kimi hallar baş verdi. xa0Təəssüflər olsun ki, türk dünyasının bu istiqamətdə gördüyü işlər qaneedici deyil.

Ən çox Türkiyə, Azərbaycan, Orta Asiya və Gürcüstandan gözlənilir. Könül istərdi ki, onların haqları tamamilə müdafiə olunsun və onlar öz doğma torpaqlarına qayıtsınlar. Əslində bu, dünyada yeni ədalətli düzənin başlanğıcı olardı. Lakin təəssüflər olsun ki, belə bir şey yoxdur. Dünyada bir ədalətsizlik hökm sürür və bu ədalətsizliyin nəticəsidir ki, çoxları təbii haqlarını, Allahın onlara verdiyi haqları təmin edə bilmir”x9d.

xa0

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO