
- A-
- A
- A+
Cəmiyyət
16:40 / 06.11.2017
2 dəq oxunma
Akif Nağı ömürlük məhbus Elçin Əmiraslanovla bağlı müraciət etdi
Hazırda oxunan: Akif Nağı ömürlük məhbus Elçin Əmiraslanovla bağlı müraciət etdi
198011
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Akif Nağı ölümcül vəziyyətdə olan, xəstəliklərdən əziyyət çəkən OMON-çu, Qarabağ müharibəsinin fəal iştirakçısı Elçin Əmiraslanovun müalicə müəssisəsinə köçürülməsi xahişi ilə Penitensiar xidmətin rəisi general-mayor Ceyhun Həsənova müraciət edib. Müraciətdə göstərilir: Ömürlük həbs cəzası çəkən məhbus Əmiraslanov Elçin Səməd oğlunun ağır sağlamlıq vəziyyəti ilə bağlı Sizə müraciət edirik. Elçin Əmiraslanov dövlət qarşısında xüsusi xidməti olan şəxslərdəndir, O, Qarabağ müharibəsi zamanı fədakarlıqla vuruşub, dəfələrlə yaralanıb, onun xidmətləri dövlətimiz, o cümlədən mərhum prezident Heydər Əliyev tərəfindən qiymətləndirilib. O, millətə və dövlətə sadiq insandır, bu gün də dövlətə xidmət etməyə, düşmənlərə qarşı vuruşmağa hazır olduğunu dəfələrlə bildirib. Onun həbsə düşməsi, ağır cəza alması bəzi obyektiv, amma daha çox yanlış subyektiv amillərin təsiri altında olub. Elçin Əmiraslanov artıq 21 ildir ki, Qobustan həbsxanasında cəza çəkir, həm bu illərin, həm də müharibədə aldığı yaraların təsiri ilə sağlamlığı ilə bağlı çox ağır vəziyyətdədir. Onu müayinə edən həkimlər də bunu təsdiq edirlər. Hazırda həbsxananın tibb məntəqəsində müalicə alır, lakin bu müalicə müsbət nəticə vermir. Onun xüsusi müalicə müəssisəsinə köçürülməsinə ciddi ehtiyac var. Onun bu məqsədlə etdiyi müraciətlərə heç bir cavab verilməyib. O, indi çox ağır vəziyyətdədir, bir neçə dəfə iflic olub. O, əlacsızlıqdan yaxın günlərdə aclıq aksiyasına başlamaq istəyir. Bu isə onun üçün son dərəcə təhlükəli ola bilər.xa0
Xahiş edirik ki, ömürlük məhbus Elçin Səməd oğlu Əmiraslanovun müalicə müəssisəsinə köçürülməsi üçün göstəriş verəsiniz. Müraciətimizə diqqətlə yanaşacağınıza inanır və əvvəlcədən təşəkkür edirik.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































