Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yoluna maraq göstərir

Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yoluna maraq göstərir

Hazırda oxunan: Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yoluna maraq göstərir

196330
Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınmasına maraq göstərir. Modertor.az-ın APA-ya istinadən xəbər verir ki, bu barədə Özbəkistan baş nazirinin müavini Nodir Otajonov Gürcüstanın maliyyə naziri Dmitri Kumsişvili ilə görüşdə deyib. Tərəflər arasında görüş Qazaxıstanda keçirilən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Avrasiya həftəsi 2017”x9d tədbiri çərçivəsində baş tutub. Görüşdə iki ölkə arasında tranzit sahəsində əməkdaşlığın vacibliyi qeyd olunub. Tərəflərxa0 ikitərəfli ticari-iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu vurğulayıblar. Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi oktyabrın 30-da Bakıda baş tutacaq.

Özbəkistan
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO