- A-
- A
- A+
Cəmiyyət
18:57 / 20.09.2017
2 dəq oxunma
AzTV sədrinə sensasion İTTİHAMLAR
Hazırda oxunan: AzTV sədrinə sensasion İTTİHAMLAR
192443
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Şamaxıda fermer təsərrüfatı yağmalanıb, toyuq, hinduşka, həmçinin “Aqrolizinq”x9d ASC-dən icarəyə götürülmüş traktorlar aparılıb.
Şamaxı rayonu Qızmeydan kəndinin sakini Səlimə Sadıqova ilə Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq”x9d açıq səhmdar cəmiyyəti arasında borc üstündə mübahisə yaranıb. Cəmiyyət haqlı olaraq S.Sadıqovadan icarəyə götürülmüş texnika ilə bağlı yaranmış 4.455 manat borcu tələb edir. Lakin sözügüdən texnika aparılıb və şikayətçinin fermer təsərrüfatı dağıdılıb.xa0
Bu barədə məlumat verən S.Sadıqova bildirib ki, AzTV QSC-nin rəhbəri Arif Alışanovun həbs etdirdiyi keçmiş həyat yoldaşı Şücayət Əkbərovdan üç il əvvəl ayrılıb. Boşanmadan sonra ona düşən əmlakı məhkəmə yolu ilə alaraq ayrıca təsərrüfat yaradıb. “Lakin buna baxmayaraq, Alışanovun istintaq qrupu keçmiş həyat yoldaşımın ayağına yazdığı saxta cinayət işi ilə heç bir əlaqəsi olmadığı halda mənim də Çuxuryurd kəndində 20 il əvvəl tikilmiş evimi və torpağımı əlimdən alıb əvəzsiz olaraq AzTV sədrinin bacısı qızı Nilufər Cəfərovanın adına keçiriblər”x9d.xa0
C.Sadiqova daha sonra bildirib ki, A.Alışanov qohum-əqrabalarına məxsus olan və lizinqə götürdükləri iki traktoru, bir transfarmatoru, Çuxuryurd və Mədrəsə kəndlərindəki həyətyanı sahədə və fermada saxladıqları 300-dən çox toyuq və hinduşkanı, 150-dən çox qoyunu, anbardakı tonlarla taxılı, 46 baş iri-buynuzlu mal-qaranı da ata malı kimi ələ keçirərək onlarca insanı işsiz və çörəksiz qoyublar.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.(afn.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































