Daxili İşlər Nazirliyi “Evrascon”x9d şirkətinin əməkdaşlarının düşdüyü qəza ilə bağlı açıqlama yayıb.
Moderator.az-ın verdiyi xəbərə görə, məlumatda qeyd edilib ki, sentyabrın 19-da saat 20 radələrində Salyan rayonunun Sarvan kəndi ərazisində Saatlı rayon sakini Babək Hüseynovun idarə etdiyi “VAZ-2106”x9d və Cəlilabad rayon sakini Zakir Əliyevin idarə etdiyi “Mercedes”x9d markalı avtomobillər toqquşub.xa0
Nəticədə B.Hüseynovun sərnişinləri - Salyan rayon sakinləri Arzu Əhmədova, Gilas Əhmədova, Sevinc Baxşıyeva və Vəfa Əhmədova hadisə yerində ölüb, özü, habelə Z.Əliyev və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər. xa0 xa0 xa0 xa0xa0
Salyan RPŞ tərəfindən araşdırma aparılır.


































































































