Azərbaycanlı deputat Saakaşvili ilə danışıqlara başladı

Azərbaycanlı deputat Saakaşvili ilə danışıqlara başladı

Hazırda oxunan: Azərbaycanlı deputat Saakaşvili ilə danışıqlara başladı
191677
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
"Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bu gün saat 6-da Ukrayna şəhərlərinin birində insanları meydanlara toplayacaq. Mitinq olacaq”x9d.
xa0
Bunu Modern.az-a açıqlamasında Azərbaycanın Gürcüstan parlamentində təmsil olunan deputatı Azər Süleymanov Mixaei Saakaşvilinin Ukraynaya daxil olmasını şərh edərkən deyib.
Azər Süleymanov bildirib ki, dünən Saakaşvili ilə telefon əlaqəsi yaradıb.
xa0
“Axırıncı dəfə sentyabrın 9-da Saakaşvili ilə görüşmüşük. Dünən isə telefon vasitəsilə xa0söhbət etmişik. Məsələləri müzakirə etdik. Ən maraqlısı odur ki, artıq Ukrayna dövləti Saakaşviliyə cinayət işi aça bilmir. Onu Gürcüstana ekstradisiya da edə bilmirlər. Çünki Gürcüstan hökuməti Saakaşviliyə elə gülməli formada cinayət işi açıb ki, hələ tam məhkəmə qərarı belə verilməyib.
xa0
Halbuki, Gürcüstanın hazırkı rəhbərliyi büdcədə olan milyonları vəsaiti dağıtmaqla məşğuldur, xa0rüşvətxorluq baş alıb gedir. Əgər bu işlərə cinayət işi açılmayıbsa, Gürcüstanın indiki rəhbərliyini xa015 ildən 50 ilə qədər cinayət işi gözləyir. Ukrayna prezidenti Pyotr Poroşenko ukraynalıların tərəfini yox, ciblərinin tərəfini tutdular. Bu da böyük narazılıqlar yaratdı”x9d.
xa0
Azərbaycanlı deputat deyir ki, Saakaşvilin Ukraynanın Çernovets şəhərində təşkil edəcəyi mitinqdə bu məsələlər tələb ediləcək.
xa0
“Bugünkü mitinqdə Saakaşvili növbədənkənar parlament seçkilərinin keçirilməsini və Poroşenkonun istefasını tələb edəcək. Bu gün Ukrayna pis vəziyyətdədir. Gündən-günə Ukraynada Saakaşvilinin tərəfdarlarının sayı artmaqdadır. Müxalif qüvvələr onun ətrafında toplaşıblar. Ukrayna kimi varlı dövlətin insanları aclıq və səfalət içindədir. Saakaşvili ukraynalıları ağ günə çıxaracaq”x9d.
xa0
Saakaşvilinin xa0ailəsinə gəlincə, Azər Süleymanov heç bir təhlükənin olmadığını dilə gətirib.
xa0
“Saakaşvilinin həyat yoldaşı Sandra xanım və uşaqları Gürcüstandadır. Bu gün Sandra xanımla görüşüb söhbət etdik. Ailəsinə qarşı heç bir problem yoxdur. Təhlükəsiz şəraitdə yaşayırlar”x9d
xa0
Qeyd edək ki, bir müddət əvvəl Ukrayna polisi Mixail Saakaşviliyə ölkə sərhədlərini qanunsuz keçməyə görə cinayət işi açıldığını deyib.
Bundan əvvəl isə Pyotr Poroşenkonun qərarı ilə Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO