Bakı metrosunda sərnişin qatar yoluna düşüb

Bakı metrosunda sərnişin qatar yoluna düşüb

Hazırda oxunan: Bakı metrosunda sərnişin qatar yoluna düşüb
188021
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.

Bu barədə Bizim.Media-ya "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, Bakı metropoliteninin normativ tələblərinə uyğun olaraq, dərhal yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım dəvət olunub.

Dispetçer mərkəzi müvafiq ehtiyat tədbirləri görərək, "Gənclik-Nərimanov" mənzili ilə hərəkət edən qatarın maşinistinə vəziyyətlə əlaqədar müvafiq təlimatı verib.
Sərnişin stansiya yolundan çıxarılıb. Sərnişinə ilkin yardım göstərilib, zədə aldığı məlum olub.

Təcili yardım personalı ilkin tibbi xidməti göstərdikdən sonra sərnişini aidiyyəti üzrə tibb müəssisəsinə aparıb.

Qatarlararası interval pozuntusuna yol verilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO