Bu ölkədə “TikTok”un fəaliyyəti DAYANDIRILDI 

Hazırda oxunan: Bu ölkədə “TikTok”un fəaliyyəti DAYANDIRILDI 

187716

Qırğızıstanda “TikTok” sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, ölkədə “TikTok”a həm mobil cihazlardan, həm də kompüterlərdən daxil olmaq demək olar ki, mümkün deyil.  

Sosial şəbəkədən videolar hələ də vaxtaşırı endirilsə də, bunun üçün kifayət qədər çox vaxt, təxminən 5-10 dəqiqə tələb olunur. 

Qeyd edək ki, bir neçə gün əvvəl Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi Rəqəmsal İnkişaf Nazirliyinə məktub göndərərək aprelin 18-dək ölkədə TikTok-a girişin məhdudlaşdırılmasını tələb edib. 
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO