
- A-
- A
- A+
Cəmiyyət
20:33 / 04.04.2024
1 dəq oxunma
Kürdəmirdə qəza baş verib, avtomobil yanaraq külə dönüb - VİDEO
Hazırda oxunan: Kürdəmirdə qəza baş verib, avtomobil yanaraq külə dönüb - VİDEO
185709
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Kürdəmirdə VAZ markalı avtomaşın yanaraq külə dönüb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Atakişili kəndində qeyd alınıb.
Belə ki, VAZ 2107 markalı avtomaşının sürücüsü rayonun Atakişili kənd sakini Əzimov Ruslan Səlim oğlu kənd ərazisində hərəkətdə olarkən idarəetməni itirib və işıq dirəyinə çırpılaraq, yol kənarına aşıb.
Bundan sonra avtomobil anidən alışıb və qısa zamanda yanğın bütün avtomobili əhatə edib. Nəticədə avtomobil tamamilə yanaraq külə dönüb.
Hadisə yerinə FHN-nin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.































































































