Sabahdan Azərbaycana velosiped istehsalı üçün idxal ediləcək ehtiyat hissələri gömrük rüsumlarından azaddır.
Moderator.az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında”x9d qərarında etdiyi dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, “Velosiped istehsalı məqsədilə gömrük rüsumlarından azad olunmaqla idxal edilən ehtiyat hissələrinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı”x9d təsdiq edilib. İyunun 22-də dərc edilən qərar 30 gün sonra, iyulun 23-də qüvvəyə minir və 2 xa0il müddətində qüvvədə olacaq.


































































































