Bakı metrosunda PROBLEM - Bu stansiyaya giriş bağlandı 

Bakı metrosunda PROBLEM - Bu stansiyaya giriş bağlandı 

Hazırda oxunan: Bakı metrosunda PROBLEM - Bu stansiyaya giriş bağlandı 
180650
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Xocəsən" stansiyasından "Avtovağzal" stansiyası istiqamətində hərəkətə başlayan qatarda texniki nasazlıq yaranıb. 

Bu barədə Bizim.Media-ya “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. 

Bildirilib ki, bu səbəbdən sərnişinlərin "Xocəsən" elektrik deposu ərazisində olan qatardan təxliyə edilməsi zərurəti yaranıb: 

“Təxliyə problemsiz başa çatdırılıb. Texniki problem aradan qaldırılana qədər "Xocəsən" stansiyasına sərnişinlərin girişi tam məhdudlaşdırılıb. "Xocəsən" stansiyası istiqamətində hərəkət edən sərnişinlərdən xahiş olunur ki, nasazlıq aradan qaldırılana qədər alternativ nəqliyyat vasitələrindən istifadə etsinlər.
Məlumat üçün bildiririk ki, "Avtovağzal-8 Noyabr" sahəsində qatarların hərəkəti qrafik üzrə normal qaydada təmin olunur. Qatarların "Xocəsən" stansiyası istiqamətində hərəkətinin bərpa edilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək” – məlumatda qeyd olunub. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO