Göyçayda toy yasa döndü: Qonaqlardan ikisi öldü

Göyçayda toy yasa döndü: Qonaqlardan ikisi öldü

Hazırda oxunan: Göyçayda toy yasa döndü: Qonaqlardan ikisi öldü
178567
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Göyçay rayonunda toya gələn qonaqlardan ikisi ölüb.

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayon ərazisində qeydə alınıb.

İlkin məlumata görə, rayonun Şahsoltanlı kənd sakini şənliyin keçirildiyi mərasim zalına çatan zaman özünü pis hiss edib. Yaxınları tərəfindən xəstəxanaya çatdırılan Tünzalə Məhiyevanın həyatını xilas etmək mümkün olmayıb.

Ailə üzvlərinin sözlərinə görə, yaşlı qadın bir neçə ildir ürək xəstəliyindən müalicə alırmış.

Hadisədən bir neçə saat sonra eyni toya dəvət alan 37 yaşlı Vilayət Məmmədov mərasimdən çıxaraq evinə gedib, özünü pis hiss etdiyi üçün xəstəxanaya çatdırılıb.

Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq o xəstəxanada vəfat edib. İlkin ehtimala görə şəxs ürəktutmasından dünyasını dəyişib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO