DİN müstəntiqin mühacirətə getdiyini təsdiqlədi  - Barəsində dəfələrlə tədbir görülsə də...

DİN müstəntiqin mühacirətə getdiyini təsdiqlədi - Barəsində dəfələrlə tədbir görülsə də...

Hazırda oxunan: DİN müstəntiqin mühacirətə getdiyini təsdiqlədi - Barəsində dəfələrlə tədbir görülsə də...
178304
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
“Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi Elşən Qarayev xidməti dövründə üzərinə düşən vəzifəyə məsuliyyətsiz yanaşaraq, qəbahətlərə və prosessual pozuntulara yol verib”x9d.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən sabiq müstəntiq, hazırda İsveçrəyə sığındığı deyilən Elşən Qarayevlə bağlı xəbərə münasibət bildirərkən belə deyilib.

Mətbuat xidmətindən bildirilib ki, E.Qarayev barəsində dəfələrlə görülən intizam tədbirlərindən nəticə çıxarmadığına görə haqqında araşdırma aparılıb və daxili işlər nazirinin müvafiq əmriylə bir neçə gün bundan əvvəl xidmətdən azad edilib.
Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Elşən Qarayevin xidməti dövründə iş yerini özbaşına tərk etdiyinə görə xidmətdən azad edilməsiylə bağlı mətbuatda xəbər verilib. Belə ki, İsveçrəyə yollanan Elşən Qarayevin bu ölkədən siyasi sığınacaq istədiyi bildirilir. (Gununsesi.info)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO