Tovuz bazarı bağlanır? - VİDEO 

Tovuz bazarı bağlanır? - VİDEO 

Hazırda oxunan: Tovuz bazarı bağlanır? - VİDEO 
178053
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tovuz bazarında qida məhsulları və meyvə-tərəvəz satılan hissə bağlanıb. Bu da satıcıların narazılığına səbəb olub. 

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, illərdir piştaxta arxasında dayanıb müxtəlif qida məhsulları, meyvə-tərəvəz satan 50-dən çox satıcıya bu gün bazar rəhbərliyinin yeni tapşırığı çatdırılıb. 

Satışın dayandırılmasına səbəb Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məhsulların antisanitar şəraitdə satılmasına qarşı tətbiq etdiyi qadağa və cərimələrdir. 

AQTA-nın Mətbuat Xidmətinin rəhbəri İlkin Kərimov məsələ ilə bağlı bildirib ki, qeyd olunan ticarət mərkəzində məhsullar antisanitar şəraitdə satılır. 

Onun sözlərinə görə, bununla bağlı sahibkarlara xəbərdarlıqlar edildikdən sonra cərimələr də tətbiq edilib. Satıcıların bir yerdən başqa yerə köçürülməsi isə Agentliyin səlahiyyətləri daxilində deyil. 

AQTA sadəcə məhsulların sanitar normalara uyğun şəkildə satışını tələb edir. 

Ətraflı süjetdə: 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO