Astarada qızılcadan ölən uşaq peyvənd OLUNUBMUŞ – Onu müayinə edən həkim KİMDİR? – ÖZƏL 

Astarada qızılcadan ölən uşaq peyvənd OLUNUBMUŞ – Onu müayinə edən həkim KİMDİR? – ÖZƏL 

Hazırda oxunan: Astarada qızılcadan ölən uşaq peyvənd OLUNUBMUŞ – Onu müayinə edən həkim KİMDİR? – ÖZƏL 

177423

Xəbər verdiyimiz kimi, daha bir uşaq, Astara rayonunun Maşxan kənd sakini, 6 yaşlı Yusif Əliyev qızılcadan dünyasını dəyişib. Valideynləri onu Astara Rayon Mərkəzi Xəstəxanasına aparıb.

Müayinə edən həkim vəziyyətinin yaxşı olduğunu bildirərək ev şəraitində müalicə təyin edib. Bir gün sonra uşağın vəziyyəti daha da pisləşib. Təcili yardım xidməti ilə xəstəxanaya aparılıb və orada vəfat edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda daha bir azyaşlı qızılcadan öldü – FOTO  


6 yaşlı uşağın valideynləri övladlarının ölümünə görə həkimləri günahlandırırlar.

Yusif Əliyevin anası Tahirə Əmirova Bizim.Media-ya açıqlamasında övladının vəziyyətinin ağır olduğu halda niyə evə buraxıldığını anlamadığını deyib:

“Bazar günü olduğu üçün Maşxan kənd Tibb məntəqəsinin həkimi İstiqbal Bağırova müraciət etdik. O, uşağa bir sürü resept yazdı. Qızdırmasalıcı dərmanlar verirdik. Uşağımın vəziyyəti pis olanda isə xəstəxanaya apardıq. Əgər vəziyyəti ağır idisə, niyə bildirmədilər, infeksion şöbəyə yönləndirmədilər?! 

Uşağımı verib, arxayın saldılar ki, heç nə yoxdur. Həkim yönləndirməli idi. Mənim başım çıxsaydı özüm evdə müalicə edərdim, bəs həkimlər nə üçündür? Uşağıma yaxşıdır deyib, yola salan Elgün həkim indi haradadır, niyə ortalıqda yoxdur?! Həmin həkim xəstəxanada təcili tibbi yardım şöbəsində idi, ilk yardım olundu, iki iynə (qarışıq, smes), bir sistem qoşub evə yolladı”.

Ana övladının qızılcaya qarşı bir yaşında peyvənd olunduğunu, uşağın 6 yaşının isə gələn ay tamamlanacağını qeyd edib.

Xatırladaq ki, qızılcaya qarşı peyvənd əsasən uşaqlıq dövründə (12-15 ay və 6 yaşda) vurulur.

Uşağın ölümü ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə Bizim.Media-ya 6 yaşlı Yusifin peyvənd olunmadığı bildirilib.

6 yaşlı uşağı qəbul edən, iynə vuran, vəziyyətinin yaxşı olduğunu deyib, ev şəraitində müalicə olunmasını tövsiyyə edərək yola salan həkimlə bağlı da araşdırma apardıq. 

Məlum olub ki, Elgün Məlikov Astara rayon Mərkəzi Xəstəxanasının  Şua Diaqnostikası üzrə həkimidir. 2009-2012-ci illərdə Astara Rayon Mərkəzi Xəstəxanaında Həkim-Rentgenoloq kim, 01.06.2020-ci il tarixdən Astara Rayon Mərkəzi Xəstəxanasın Publik Hüquqi Şəxsində Şua Diaqnostikası şöbəsinin Şua Diaqnostikası üzrə həkimi kimi fəaliyyət göstərir.

6 yaşlı Yusif Əliyevi müayinə edən həkim Elgün Məlikovun vəziyyəti ağır olan uşağı xəstəxanaya niyə yerləşdirməməsi isə sual olaraq qalır. 

Həkimlə əlaqə yaratmaq cəhdimiz baş tutmasa da, onun da mövqeyini dərc etməyə hazırıq. 




Günay Şahmar, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO