AMEA-da seçkilərə sayılı günlər qalıb  - Amma indidən

AMEA-da seçkilərə sayılı günlər qalıb - Amma indidən "seçilən"lər var...

Hazırda oxunan: AMEA-da seçkilərə sayılı günlər qalıb - Amma indidən "seçilən"lər var...
176824
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlüyünə seçkilərə bir neçə gün qalıb. Elmi ictimaiyyəti bir sual düşündürür. Akademikliyə və müxbir üzvlüyə layiq olan namizədələr seçiləcəkmi? İş burasındadır ki, kimin sanballı alim olması haqqında kifayət qədər təəssuratlar var. Fikrimizcə AMEA-ya keçirilən bütün seçkilər bu qurumun nüfuzuna təsirsiz ötüşməyib. Bəzən kiminsə düzgün seçilməməsi bu nüfuzlu qurumu tənqid hədəfinə çevirir. Hələ seçkilərə bir neçə gün qalmış bəzi namizədələr artıq onlara “yaşıl işıq”x9d yandırılması haqqında şaiyələr yayırlar.xa0

Saytımıza AMEA-da çalşan nüfuzlu şəxslərdən birinin verdiyi məlumata görə “Riyaziyyat”x9d ixtisası üzrə həqiqi üzvlüyə namizədliyi qeydə alınmış Bilal Bilalov, “Fizika”x9d ixtisası üzrə həqiqi üzvlüyə namizədliyi qeydə alınmış Nazim Məmmədov və “Fəlsəfə”x9d ixtisası üzrə müxbir üzvlüyə namizədliyi qeydə alınmış İlham Məmmədzadə artıq məsələlərinin həll olunduğu barədə dezinformasiyalar yaymaqla, seçkinin nəticələrini kölgə altına salmağa çalışırlar.xa0

“AMEA-nın Fizika İnstitutunun direktoru Nazim Məmmədov hətta indidən qələbəsini dostları ilə qeyd edir. İnternetdə onun barəsində axtarış versəniz görərsiniz ki, Nazim Məmmədovun adı qrant maxinasiyalarında, institutda “ölü canları”x9d himayə etməkdə, ciddi elmi uğurlara imza atmamaqda hallanır.xa0
Nazim Məmmədov 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib. Hələ müxbir üzvü vəsiqəsində mürəkkəb qurumamış “akademik”x9d olmaq iddiasına düşüb. Nazim müəllim institut direktoru və AMEA-nın müxbir üzvü kimi cəmi 2 fəlsəfə doktoru,1 elmlər doktoru yetişdirib. Hanı şişirdilmiş elmi məktəbin uğurları!?"

Mənbə bildirir ki, AMEA-nın prezidenti iclaslarda xoruldadığına görə dəfələrlə Nazim Məmmədova xəbərdarlıq edib. Rəyasət Heyətinin iclaslarında xorultu səsi gələndə hamı bilir ki, xoruldayan odur.xa0
Onun bioqrafiyasında 52 qrant layihəsinin müəllifi olduğu bildirilir. Dövrü mətbuatda ona yüksək məbləğdə qrantların verilməsində Elmin İnkişafı Fondu kəskin tənqid olunub. Maraqlıdır, hər bir qrant layihəsinin icra müddəti azı 4-6 ay çəkməlidir. Haqlı sualyaranır - Bu qədər qrant layihələrini icra etmək, böyük bir institutun idarə olunması, xa0məqalələr yazılması, elmi kadrların hazırlanması ilə necə bir araya sığır?xa0

Mənbə bildirir ki, belə bir şəxsin akademik seçilməsi AMEA-nı nüfuzdan sala bilər. Yeri gəlmişkən, onun haqqında yazılan məqalələrin birində deyilir:xa0

“Milyonlarla qrant almasına baxmayaraq Nazim Məmmədov yalnız tək-tük məqalələrində aparıcı müəllif kimi çap olunub, əksəriyyət məqalələrdə isə o ya sonuncu və ya 5-ci, 6-cı yerlərdə qərar tutub”x9d.xa0

AMEA-nın aparıcı institutlarının biri olan Fizika İnstitutunun saytına (//www.science.gov.az) diqqət edin. Bu saytda institutun gördüyü işlər barədə heç bir məlumat almaq mümkün deyil. İnstitut barədə informasiya qıtlığı oduğu halda direktor özünü təbliğlə məşğul olur.xa0

Bütün bunlar bir yana, görəsən doğrudanmı “Fizika”x9d ixtisası üzrə həqiqi üzvlüyə seçkinin nəticələri bəllidir? Nazim Məmmədovu nə vadar edir ki, özünü vaxtından əvvəl akademik elan etsin! Bu ixtisas üzrə AMEA-nın həqiqi üzvləri onlara edilən xa0bu cür hörmətsizliyi yəqin ki, bağışlamayacaqlar.
Adı müxtəlif qalmaqallarda hallanan, böyük bir elmi müəssisəni intriqalar yuvasına çevirən Fəlsəfə institutunun direktoru İlham Məmmədzadə də özünü Nazim Məmmədov kimi aparır...

Sonda ümid edək ki, bütün bu xoşagəlməz söz - söhbətlər elə şayiə olaraq qalacaq və boş qalmış elmi vakansiyalara bu adlara layiq olanlar seçiləcək. Biz diqqətlə prosesi izləyəcəyik və elmi ictimaiyyətin nüfuzlu nümayəndələrinin məsələyə münasibətini öyrənib oxuculara təqdim etməyə çalışacağıq...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO