“Mehriban xanımın birinci vitse-prezident təyin olunması sosial sifariş olduğundan gözlənilən idi. Azərbaycan prezidenti öz qərarlarında və seçimlərində hər zaman dövlətin, millətin gələcəyini, çıxarlarını düşünür. Bu baxımdan, xa0Mehriban xanım Əliyevaının bu posta təyinatından məmnunam”x9d.xa0
Bu sözlərixa0Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı cavid Qurbanovxa0söyləyib. Onun sözlərinə görə, ölkə rəhbərinin bu təyinatı həm də sadə insanların ürəyincə olub:xa0
“Mehriban xanım, sadə insanların ümid yeri olub. Mən deyərdim ki, o, əksər vaxtlar nazirlər Kabinetinin işini üzərinə götürüb. Bəzən hansısa probleminə görə, aidiyyatı qurumlar qapısında qalan insan öz köməkliyini ondan görüb. O, birinci vitse-prezident kimi görəcəyi işləri indiyədək də görürdü. Sadəcə onun bu statusunu Cənab Prezident rəsmiləşdirdi”x9d.xa0

Cavid Qurbanovun sözlərinə görə, Mehriban Əliyevanın fəaliyyəti təkçə ölkə hüdudları ilə məhdudlaşmayıb:xa0
“O, Azərbaycanın, Qarabağın həqiqətlərini dünya çapına çıxardı. Mədəniyyətimizin, musiqimizin təbliği ilə Azərbaycanı dünyada tanıtdı. Məhz Heydər Əliyev Fonduunun fəaliyyəti nəticəsində dünyada “Xocalıya ədalət”x9d anlayışı formalaşdı”x9d. xa0
Cavid Qurbanov Mehriban Əliyevanın qanunverici orqandakı fəaliyyətinin də cəlbedici olduğunu deyib:xa0“Onun təşəbbüsü ilə Azərbaycanda bir neçə dəfə amnistiya aktı həyata keçirilib. On minlərlə insan həbsxanadan ailəsinə qovuşub. Azərbaycanın qanunvericilk bazasının formalaşmasında özünün tövhəsini verib. Bu baxımdan hesab edirəm ki, bu təyinat milli və dövlətçilik maraqlarımız baxımından mühüm əhəmiyyət kəsb edir. Biz yaxın zamanlarda bunun ölkə həyatında müsbət nəticəsini də görəcəyik”x9d.xa0(Gununsesi.info)



































































































