Son vaxtlar ölkəmizdə kommunal xidmətlər və benzinin qiyməti ilə yanaşı, ölkədə ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin sürətlə artdığı heç kimə sirr deyil. Lakin bununla yanaşı, bəzi media orqanlarında yaxın günlərdə metro və avtobuslarda da gediş haqqının qaldırılacağı, konkret xidmət sahələrin və məhsul növlərinin qiymətinin qalxacağı ilə bağlı da proqnozlar səsləndirilir ki, bunların heç biri konkret fakta, mənbəyə və ya ekspert rəyinə söykənmir.xa0
Maraqlıdır, bir qayda olaraq oxucu diqqəti cəlb etməyə hesablanan və nəticə etibari ilə cəmiyyətdə narahatlıq yaradan bu cür məlumatların dövriyyəyə buraxılması nə dərəcədə doğrudur? İndiki ağır sosial-iqtisadi vəziyyət və gərginlik fonunda əsassız qiymət artımı xəbərləri ilə cəmiyyətdəki psixoloji atmosferi bir qədər də gərginləşdirən media əməkdaşları hansısa formada məsuliyyətə cəlb edilməlidirmi?
Moderator.az-a açıqlama verən “Yeni Nəsil”x9d Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif Əliyev jurnalistlərin peşə əxlaqı baxımından bu məsələyə ciddi yanaşmalı olduğunu vurğuladı:
“Qiymət artımı iqtisadi mahiyyət daşıyan bir məsələdir və əlbəttə, burada üç mənbə ola bilər. Bunlardan biri KİV-in özünün iqtisadçı qrupudur. Əgər hər hansı bir KİV-də bu varsa, onların araşdırmasına istinadla yer verilə bilər. İkinci mənbə isə müstəqil ekspertlər ola bilər. Üçüncü və ən mühüm mənbə dövlət orqanlarının məlumatlarıdır. Bu tip yazılarda bu mənbələrə əsaslanmaq lazımdır və bu, professionallığın göstəricisidir.xa0
Cəzaya gəlincə, hər hansı bir şərhə və ya proqnoza görə hüquqi cəza nəzərdə tutulmur. Amma peşə əxlaqı prinsipləri var ki, bu prinsiplər araşdırma yazılarda istinadları, əsaslandırmaları zəruri edir”x9d.
Seymur Əliyev



































































































