Gənclər günü ilə əlaqədar kitab təqdimatı keçirilib

Gənclər günü ilə əlaqədar kitab təqdimatı keçirilib

Hazırda oxunan: Gənclər günü ilə əlaqədar kitab təqdimatı keçirilib

167325
2 fevral Gənclər günü ilə əlaqədar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərin Problemi üzrə Elmi Araşdırmalar Mərkəzinin 15 illik fəaliyyətini əks etdirən kitabın təqdimatı keçirilib.

Beynəlxalq Mətbuat Mərkəzində baş tutan təqdimat mərasimində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi və YAP GB-nin sədrləri təmsil edib. Tədbirdə həmçinin dövlət orqanlarının məsul şəxsləri, qeyri-hökumət təşkilatlarının və ictimaiyyət nümayəndələri iştirak edib.

Təqdim olunan kitabda Dövlət Gənclər Siyasətinin əsas istiqamətlərini, gənclər arasında aparılmış sosioloji sorğuların və elmi araşdırmaların nəticələri, ictimai təsissatlar, zəruri məlumatlar və mülahizələr yer alıb. Tədbir iştirakçıları gənclərin inkişafı və siyasəti ilə bağlı müzakirələr aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO