Gəncədə Zəfər Günü konsert proqramı və atəşfəşanlıqla qeyd olundu – FOTO

Hazırda oxunan: Gəncədə Zəfər Günü konsert proqramı və atəşfəşanlıqla qeyd olundu – FOTO

163633

 Gəncənin Heydər Əliyev Meydanında 8 Noyabr - Zəfər Günü ilə bağlı möhtəşəm konsert proqramı keçirilib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, QMİ-nin qazılar şurasının üzvü Hacı Tahir Abbasov, hüquq-mühafizə orqanlarının, həmçinin idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və şəhər sakinləri iştirak ediblər. Əvvəlcə Hərbi Orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Tədbirdə qeyd olunub ki, 27 sentyabr 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə başlanan, Azərbaycan xalqının Vətən müharibəsinə çevrilən “Dəmir yumruq” əməliyyatında qazanılan zəfər tariximizə qızıl hərflərlə yazıldı. Rəşadətli Azərbaycan Ordusu cəmi 44 günə Ermənistanın illərlə formalaşdırdığı “yenilməzlik” mifologiyasını darmadağın etdi, 30 illik ağrı-acıya, nisgilə, həsrətə son qoydu.

Azərbaycan xalqı məğrur, dönməz və yenilməz xalq kimi tarixə düşdü! Daha sonra F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistləri, Göygöl Dövlət Mahnı və Rəqs Ansamblı, Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçılar ansamblı, “Xəmsə” Uşaq Rəqs Ansamblı və şəhərimizin digər musiqi kollektivləri tərəfindən konsert proqramı təqdim edilib. Gəncənin tanınmış müğənnilərinin ifasında vətənpərvər ruhda bir-birindən şən mahlılar səsləndirilib.

Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb. 


















Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO