Emin Ağalarov erməniəsilli ifaçının Bakıya gətirməsindən DANIŞDI

Emin Ağalarov erməniəsilli ifaçının Bakıya gətirməsindən DANIŞDI

Hazırda oxunan: Emin Ağalarov erməniəsilli ifaçının Bakıya gətirməsindən DANIŞDI

189418

"Pulum tam olmadığı üçün yox, vəziyyət ağır idi. Biznesin bir hissəsi pandemiya dövründə bağlandı: fitnes mərkəzləri, restoranlar. Heç kimi işdən çıxartmadım, komandanı saxlamağa çalışdım. Məvacibləri vermək üçün avtomobillərimi satdım".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti və iş adamı Emin Ağalarov qonaq olduğu "Persona" verilişində deyib.

Emin "Jara" musiqili festivalına erməniəslli müğənninin gəlməsindən söz açıb.

Aparıcının "Jara" musiqili festivalı qalmaqalsız ötüşmədi.Rusiyada yaşayan erməniəsilli müğənniləri (müğənni Zaranı nəzərdə tutulur - red.) Bakıya dəvət etdiniz. Məsələn Azərbaycan Respublikasının icazəsi olmadan Ermənistanda konsert verən Soso Paliaşvilini gətirdiniz. Bu, Azərbaycandakı işinizə və yaradıcılığınıza necə təsir etdi" sualına Eminin cavabı belə olub:

"Heç bir təsiri olmadı. Birincisi, Qarabağda çıxış etmiş müğənnilərin siyahısına gəldikdə hamısı anlamışdılar ki, onları aldadıblar. Bura gəlməzdən əvvəl bir sıra mərhələlərdən keçdilər. Bunlarla da bura gəlişləri qanunlaşdı. Yəni, bu, mənim şəxsi qərarım deyildi. Qərar müxtəlif mərhələlərdə, müxtəli instansiyalar tərəfindən reallaşdırılmışdı. Üstəlik, o müğənnilərin hamısı Azərbaycanı çox sevirlər. Onlar bu səhnəyə ən xoş arzularla, xoş sözlərlə çıxırdılar. Tamaşaçılar da onları hərarətlə qarşılayırdı. Ona görə də deyə bilmərəm ki, biz ölkə olaraq və mən şəxsən haradasa nəsə itirdik. Aydındır ki, həmin mərhələdə məlum münaqişənin formalaşdırdığı neqativ var idi. Lakin mənə elə gəlir ki, ölkə artıq uğurla o səhifəni çevirir".

"Gələcəkdə erməni milliyətindən olan insanları Azərbaycana dəvət etmək istəyərdiniz" sualına isə E.Ağalarov "Bilmirəm, ölkəmizin mövqeyi necə olacaq. Başa düşdüyüm qədər idmançılar münaqişənin qaynar zamanı da bura gəlirdilər. Hətta ölkənin birinci şəxsi erməni idmançısının boynuna medal taxmışdı. Gözəl və doğru addım idi. Çünki idmanda qalib mənşəyindən, milliyətindən asılı olmayaraq qalibdir. Fikrimcə, musiqidə də elədir. Əgər mən başa düşsəm ki, ölkəmizə istənilən mənşəli müğənnilər gələ bilərlər, bu istiqamətdə ölkəmlə sinxron işləyəcəyəm. Ölkəmiz onların gəlişindən imtina etsə, biz də edəcəyik" fikirlərini dilə gətirib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO