“Reuters”in əməkdaşı Moskvada 2 aylıq həbs edildi

“Reuters”in əməkdaşı Moskvada 2 aylıq həbs edildi

Hazırda oxunan: “Reuters”in əməkdaşı Moskvada 2 aylıq həbs edildi

189345

Rusiyanın paytaxtı Moskva şəhərində “Reuters” agentliyinin prodüseri Konstantin Qabov ekstremist icmada iştirak ittihamı ilə həbs edilib.

Bizim.Media xəbər verir ki, Moskvanın Basmannı rayon məhkəməsi onun barəsində 2 ay müddətinə, yəni 2024-cü il iyunun 27-dək həbs qətimkan tədbiri seçib.

İstintaqa görə, Qabov “Navalny LIVE YouTube” kanalında dərc üçün foto və video materialların hazırlanmasında iştirak edib.

Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282.1-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi açılıb.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO