“Ay Taleh, yoruldun, bezdin, eləmi?”x9d

“Ay Taleh, yoruldun, bezdin, eləmi?”x9d

Hazırda oxunan: “Ay Taleh, yoruldun, bezdin, eləmi?”x9d

157091
Bu gün səhər tezdən eşitdim ki, şair Taleh Həmid vəfat edib.
Çox üzüldüm.
Mən onu çoxdan tanıyırdım. Həssas şair, istedadlı redaktor, cəsarətli publisist idi.
Özünəməxsus yumoru vardı. Dərdini həmişə ürəyində daşıyırdı.
O, xa0qısa bir zaman kəsiyində qardaş itkisi, övlad dağı çəkmiş bir insandı.
Taleh son illər çox ağır xəstəliklərin sınağından çıxmışdı. Buna baxmayaraq nikbin idi. Yaradıcılıqla ciddi məşğul olurdu.
Son görüşümüz, səhv etmirəmsə, ötən il olmuşdu.
Mən adətən Talehlə görüşəndə belə deyirdim:
-Bu il ötən ilkindən yaxşı görünürsən.
Söhbətimizə yenə bu ifadə körpü oldu.
O, əlini dən düşmüş saçlarında gəzdirib dedi:
-Va ol. xa0Dost gözü ilə baxırsan...
Bir xeyli müasir ədəbiyyatın, elmin durumundan söhbət etdik.
Pyeslərimi oxuduğunu, amma macal tapıb tamaşalara baxa bilmədiyini dedi.
Zarafatla dedim ki, son vxtlar sən də keçmisən dramaturgiyaya. Gülümsünüb:
-Hə, elə bir şey var. Aşıq Dilqəm haqda pyes yazmışam, -dedi.
-Uğurlu olsun.
xa0O, birdən ciddiləşərək xa0diqqətlə üzümə baxıb dedi:
-Bura bax, səndən bir şey soruşum.
Mən də eyni ahənglə:
-Buyur, Taleh bəy,-dedim.
-Sən bu öz yeri-yurdu, öz kəndi-kəsəyi xa0olan adamların öləndə xa0burada, yəni xa0Bakıda dəfn olunmağına necə baxırsan? Məsələn, mənim fikrim mənfidir... İndi az qala dirilərin yox, ölülərin torpaq davası gedir.
-Mən də yaxşı baxmıram, -dedim. Sonra əlavə etdim: -Bizim soydaşlarımızın bir qismi məcburən şəhərlərə səpələnib, onların vəziyyətini başa düşmək olar. Amma sən demiş, o birilərinə nə düşüb ki, burada qəbir yeri davası edirlər?
Taleh gülümsədi:
-Bilirdim ki, bu məsələyə sən də elə mənim kimi baxırsan... xa0Adam gərək sağ olanda haqq dünyası haqda da fikirləşsin. Mən binamızda yaşayan həmkarlarıma, dostlarıma bəzən yarızarafat deyirəm ki, gəlin şərt kəsək, vəsiyyət edək ki, öləndə bizi öz doğulduğumuz yerlərdə dəfn etsinlər... Düzdür, bəzən mənə irad tutub deyirlər ki, deyəsən kənd-kəsək qocalanda yadına düşüb. And-aman edirəm ki, elə deyil, xa0mən bu şəhərdə iş-gücə görə ilişib qalmışam. Bir parça çörəyin pulunu haradansa qazanmalıyıq ya yox? xa0Öz sənətimlə bağlı iş olsa köçüb gedərəm Şəmkirə... Elə sən özün də məncə gedərsən öz rayonuna. Amma hara gedəsən, gedib Şınıxda fəlsəfə dərsi və ya nə bilim politologiya-psixologiya dərsi keçəsi deyilsən ki?xa0
Mən onun dediklərini təsdiq edib dedim:
-Bu mənada Səyavuş Sərxanlının Şəmkirdə dəfn edilməsi düzgün addım idi.
-Mənim elə qələm dostlarım var ki, bu şəhərdə dəfn edilib. İndi bu milyonlarla qəbrin arasında onları necə axtarıb tapım? Amma məsələn, yolum Qazaxa düşəndə Osman Sarıvəllinin, Ağstafaya düşəndə Hüseyn Arifin qəbrinə baş çəkirəm. Şəmkirə hər yolum düşəndə mütləq Səyavuşun qəbrinin üstə gül-çiçək qoyuram.
-Ruhları şad olsun.xa0
- Amin. Sənə bir şey deyim, evdəkilər indidən yaxşı bilirlər məni harada dəfn etmək lazımdır.
Mən mövzunu dəyişmək üçün dedim:
-Ölüm-itimdən danışmaq hələ tezdir, Taleh bəy. Maşallah, özün də ötən ilkindən yaxşısan. Çap olunan cildlərini də görmüşəm. Otur yazı-pozunla məşğul ol. Hələ əzrayılla görüşümüzə çox var.
Taleh gülüb dedi:
-O alçaq əzrayıl gələndə adama bir xəbərdarlıq edir ki?
-O, xəbərdarlıq etsəydi nə olacaqdı ki?
-Hər halda yır-yığışımızı edib bu səfərə vaxtında bir hazırlıq görərdiik.
Gülüşdük.
Görüşüb ayrıldıq.
Düz dörd il əvvəl, çisəkli bir payız günü, dəqiq zaman ünvanı ilə desəm 2012-ci il noyabr ayının 1-ində yazdığı “Oldu”x9d rədifli qoşmasında belə yazmışdı:

Ömür dediklərin keçir beləmi,
Ay Taleh, yoruldun, bezdin, eləmi?
Çiyninə yük olan o qəm şələni
Nə görən, nə də ki, alanlar oldu.
Taleh Həmid öz son ünvanına səfər etdi. Çox tələsdi.xa0
Qəbri nurla dolsun.
Firuz Mustafa
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO