“Təmiz Dünya”x9d Qadınlara Yardım İctimai Birliyində seminar keçirildi...  -Foto

“Təmiz Dünya”x9d Qadınlara Yardım İctimai Birliyində seminar keçirildi... -Foto

Hazırda oxunan: “Təmiz Dünya”x9d Qadınlara Yardım İctimai Birliyində seminar keçirildi... -Foto

145085

“Təmiz Dünya”x9d Qadınlara Yardım İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Labirintdən çıxış”x9d insan alverinə qarşı mübarizə istiqamətində tədbirlər və eyniadlı sosial çarxın çəkilməsi  layihəsi çərçivəsində insan alveri qurbanları və potensial qurbanların sığınacaqla təmin edilməsi, sığınacaqda qaldığı reabilitasiya müddətində kiçik sahibkarlıq fəaliyyətinə stimullaşdırılması mövzusunda  19 iyul 2016-ci il tarixdə növbəti üçüncü seminarını keçirmişdir. Seminarda 32 nəfər iştirak etmişdir. Seminarda, “Biznesini qur-Lider ol”x9d, “Biznes necə yaranır”x9d, “Biznesdə əsas məqsəd", “Biznes qurulmasına ilkin addımlar”x9d, “Biznes planının hazırlanması”x9d, “Marketinq planı”x9d mövzuları  müzakirə edilmişdir.  Layihə çərçivəsində altı seminarın keçirilməsi nəzərdə tutulub. Tədbirdə mövzu üzrə ekspert Nəzakət Balabəyova çıxış etmişdir. Tədbir “Təmiz Dünya”x9d Qadınalara Yardım İctimai Briliyinin ofisində keçirilmişdir. 

Tədbirin təşkilatçıları qadınların insan alveri qurbanı olmaması və məişət zorakılığı qurbanı olmaması üçün iqtisadi cəhətdən azad olmalarının zəruriliyini xüsusi vurğulayaraq hər bir qadının kiçik sahibkarlıq fəaliyyəti qura biləcəyinin mümkünlüyündən danışaraq , bunun üçün lazım olan məlumatları  növbəti seminarlarda da tədbir iştirakçılarının diqqətinə çatdıracaqlarını bildirdilər.  İştirakçılara layihə çərçivəsində hazırlanmış “Labirintdən çıxış.... İnsan alverinin qarşısını birgə alaq”x9d mövzusunda bukletlər paylanmışdır. 
Layihə çərçivəsində nəzərdə tutulan  iki sosial çarxlardan  biri artıq “Labirintdən çıxış ”“ uşaq istismarı insan alveridir”x9d artıq hazırlanmış və youtubda yerləşdirilərək  sosial şəbəkələrdə yayımlanmışdır. 
Layihə insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün nəzərdə tutulan Milli Fəaliyyət Planına dəstək məqsədi daşıyır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO