Bu gecə Azərbaycanda birinci Qədr gecəsi qeyd olunacaq

Bu gecə Azərbaycanda birinci Qədr gecəsi qeyd olunacaq

Hazırda oxunan: Bu gecə Azərbaycanda birinci Qədr gecəsi qeyd olunacaq
142113
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

xa0Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ramazan təqviminə görə, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-cu gününə keçən gecəyə təsadüf edir.

QMİ sədrinin müavini hacı Fuad Nurullah "Report"a bildirib ki, Qədr gecələrində Azərbaycanda fəliyyət göstərən məscidlərin böyük əksəriyyəti səhərə kimi açıq olur və insanlar məscidlərdə ibadətlə məşğul olurlar.xa0
Onun sözlərinə görə, müqəddəs "Quran"ın bütöv şəkildə nazil olması Ramazan ayına təsadüf edir:xa0

"Ramazan" ayının son ongünlüyündə Qədr gecələri saxlanılır. "Quran"nın nazil olması bu günlərdən birinə təsadüf etdiyindən insanlar həmin gecələri dua edib ibadətlə məşğul olurlar. Allah bütün ibadət və duaları qəbul etsin!"

Qeyd edək ki, Azərbaycanda ikinci Qədr gecəsi iyunun 26-dan 27-nə (Ramazan ayının 20-dən 21-ci gününə), üçüncü Qədr gecəsi iyunun 28-dən 29-na (Ramazan ayının 22-dən 23-cü gününə), sonuncu Qədr gecəsi isə iyulun 2-dən 3-nə keçən gecəyə (Ramazan ayının 26-dan 27-ci gününə) təsadüf edir. Bayram namazı isə iyulun 6-da (1 şəvval) qılınacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO