Qənirə Paşayeva Türk dünyasına səsləndi...

Qənirə Paşayeva Türk dünyasına səsləndi...

Hazırda oxunan: Qənirə Paşayeva Türk dünyasına səsləndi...
138898
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol


Türk dövlət və toplumlarından gəlmiş universitet rektorları, elm xadimləri, QHT və KİV təmsilçilərinin iştirak etdiyi xa03-cü Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda çıxış edən millət vəkili Q.Paşayeva Türk dünyası ziyalılarına səslənərək topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib.xa0

Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Dünyada və bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edən millət vəkili Q.Paşayeva qardaşlıq yaxşı gündə də çətin gündə də birlikdə olmaqdır deyib və Azərbaycan xaqının hər zaman qardaş Türk dövlət və toplumlarının yanında olduğunu deyib. xa0Bundan sonra da belə olacaq.xa0

Azərbaycan bizim olduğu qədər sizin, sizin yaşadığınız o gözəl yurdlarımız da sizin olduğu qədər də bizimdir, bizim də Vətənizmidir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə səfəri zamanı söylədiyi Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayeva bütün Türk dövlət və toplumları birimizin uğuru hamımızın, birimizin problemi də hamımızın problemidir düşüncəsi ilə hərəkət etsələr gələcəyə doğru hamımız daha da çox güclənərik deyib. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir.

xa0Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə universitet rektorları, elm xadimləri, QHT və KİV təmsilçilərinin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. Millət vəkili Q.Paşayeva Türk dövlət və toplumlarında gənclərimizə ortaq tariximizi oxutmalı,öyrətməliyik deyərək bunun vacibliyi ilə bağlı fikirlərini geniş çatdırıb.xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO