QAT məktəbdə görüş keçirdi

QAT məktəbdə görüş keçirdi

Hazırda oxunan: QAT məktəbdə görüş keçirdi
138587
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri Müşfiq qəsəbəsində, 274 saylı məktəbdə 28 May Respublika Günü münasibətilə keçirilən tədbirdə iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə məktəbin məzunu, Aprel şəhidi Rəşad Niftəlinin məzarını ziyarət edib, məzarı üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar. Sonra məktəbin akt zalında bayram tədbiri keçirilib. Məktəbin direktoru Atakişi Cəfərov, tarix müəllimi Telman İbişov, QAT sədri Akif Nağı, İdarə heyətinin üzvü Nəsib Cəfərov və digərləri Respublika Günü, Qarabağ problemi, gənclərin üzərinə düşən vəzifələrlə bağlı çıxışlar ediblər. Məktəbin müəlliməsi Yeganə xanımın rəhbərliyi altında məktəblilər maraqlı şer və musiqi nümunələri ilə çıxış ediblər. Sonra məktəbin direktoru bu cür görüşlərin, tədbirlərin əhəmiyyətini xüsusi vurğulayaraq hər kəsə təşəkkürünü bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO