“Azərbaycan Cumhuriyyəti tələbələri”x9d kitabı çapdan çıxdı...

“Azərbaycan Cumhuriyyəti tələbələri”x9d kitabı çapdan çıxdı...

Hazırda oxunan: “Azərbaycan Cumhuriyyəti tələbələri”x9d kitabı çapdan çıxdı...

138472


Azərbaycan Xalq Cumhuriyyətinin təbliği istiqamətinfə çox vacib bir işə imza atılıb. Moderator.az xəbər verir ki, AXC dövrünün tədqiqatçısı  Ədalət Tahirzadə və Oğuztoğrul Tahirli “Azərbaycan Xalq Cumhuriyyəti”x9d kitabını çap ediblər. Araşdırmaçı bu vacib və hamının oxumalı olduğu kitab barəsində bunları qeyd edib:

“Üzərində bizim 15 il, "TEAS Press" nəşriyyatının isə il yarım çalışdığı 1222 səhifəlik bu monoqrafiya Azərbaycan Cümhuriyyəti (1918-1920) hökumətinin 1920-nin yanvarında əcnəbi dövlətlərə oxumağa göndərdiyi 102 tələbəyə həsr olunub. Elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Əsgər Quluyev olan kitaba tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov "Azərbaycan dövlətçiliyi tarixində təhsil məsələləri" adlı dəyərli ön söz yazıb (IX-XXI səhifələr). 

1000-dən artıq ən nadir fotonun toplandığı kitab 3 bölümdür. 7-196-cı səhifələri əhatə edən 1-Cİ BÖLÜMdə geniş tarixi arayış verilib. Burada azərbaycanlıların ali təhsil tarixinə ümumi baxış çərçivəsində 1920-ci ilədək ali məktəblərdə oxumuş 774 soydaşımızın siyahısı, "100 tələbə"nin xaricə göndərilməsi tarixçəsi, onların hansı xarici dövlətlərdə oxuması, talelərində rol oynamış şəxslər, sovet hakimiyyəti dönəmində onların taleyi və b. haqqında bilgilər ayrıca paraqraflar şəklində təqdim edilib.
Kitabın ikinci bölməsi  ən müxtəlif arxivlərdən götürülmüş, ərəb qrafikasından latına, rus dilindən Azərbaycan türkcəsinə çevrilmiş 93 bəlgənin tam mətnindən ibarətdir.
Üçüncü bölmədə isə 102 tələbənin hər birinin ayrıca tərcümeyi-halı verilib”x9d.

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO