Mingəçevir Dövlət Dram teatrında yeni premyera...

Mingəçevir Dövlət Dram teatrında yeni premyera...

Hazırda oxunan: Mingəçevir Dövlət Dram teatrında yeni premyera...
138459
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

May ayının 26-da Mingəçevir Dövlət Dram Teatrında İsi Məlikzadənin “Gəl qohum olaq”x9d pyesi əsasında hazırlanmış tamaşanın premyerası keçirilib. Bu səhnə əsərinin quruluşunu  Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə dəvət olunmuş  Xalq artisti Valeh Kərimov verib. Tamaşanın quruluşçu rəssamı Yusif  İmamverdiyev, musiqi tərtibatçısı Elnur Rəsulovdur. Tamaşada əsas rolları Mingəçevir Dövlət Dram Teatrının aktyorları Eyvaz Əliyev, Fəridə Məmmədova, Afət Əliyeva, Aydın Quluyev və Xalq artisti Valeh Kərimov ifa ediblər. 
Bu səhnə əsərinin  premyerasında Mingəçevir və Yevlax şəhər rəhbərliyinin nümayəndələri, ictimaiyyətin görkəmli  simaları, bölgə teatrlarından tanınmış sənətçilər və mətbuat nümayəndələri iştirak ediblər. 
Tamaşadan öncə səhnəyə çıxan teatrın direktoru bütün kollektivi və tamaşanın quruluşçu rejissoru Valeh Kərimovu yeni premyera münasibəti ilə təbrik edib. Az müddət ərzində gərgin iş rejimi ilə işləyərək müvəffəqiyyətli bir tamaşa hazırladıqlarına, yüksək səviyyəli aktyor oyununa və verilən tapşırıqları peşəkarcasına yerinə yetirdiklərinə görə tamaşanın yaradıcı və texniki heyyətinə öz təşəkkürünü  bildirib.
Sonra xalq artisti Valeh Kərimov tamaşaçıları salamlayaraq Mingəçevir teatrında işlədiyi dövrdə teatr kollektivinin əzmkar işindən məmnunluğunu bildirib. Qeyd edib ki,   Mingəçevir teatrı bu kimi yeni-yeni premyeralarla teatrdan küsüb gedən tamaşaçıları geri qaytarmağa nail olub.
 sonra böyük anşlaqla keçən premyera sürəkli tamaşaçı alqışlarıyla yekunlaşıb. Aktyorların peşakar oyunu, rejissor yozumu tamaşaçıların böyük marağına səbəb olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO