- A-
- A
- A+
Cəmiyyət
11:54 / 24.05.2016
2 dəq oxunma
"24 illik fəaliyyəti ərzində heç bir dövlət qurumu Mərkəzi Bankı yoxlamayıb"
Hazırda oxunan: "24 illik fəaliyyəti ərzində heç bir dövlət qurumu Mərkəzi Bankı yoxlamayıb"
137968
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Hesablama Palatası bir sıra dövlət təşkilatını (Azərenerji, AZAL və s.) yoxlayıb və Mərkəzi Bankdan götürdükləri kreditləri qaytarmadıqlarını müəyyən edib.
Görəsən, həmin təşkilatların rəhbərləri dövlət vəsaitindən necə istifadə edib ki, krediti ödəyə bilmirlər? Görəsən, bankları borclu əhalinin üstünə salan Mərkəzi Bank həmin təşkilatları niyə məhkəməyə vermir, onların rəhbərlərinin üzərinə kollektorları göndərmir?
Bəlkə ona görə ki, Mərkəzi Bankın rəhbərliyi də kreditləri suçlu olaraq verib? Axı Mərkəzi Bank həm banklara, həm dövlət təşkilatlarına kreditləri qeyri-şəffaf verir. Mərkəzi Bankın 24 illik fəaliyyəti ərzində onu heç bir dövlət qurumu yoxlamayıb. O cümlədən Hesablama Palatası. Buna görə də Hesablama Palatası Azərenerji və AZAL kimi xırda-xuruşla deyil, ilk növbədə Mərkəzi Bankın özü ilə məşğul olmalıdır. Məsələn, təkcə Mərkəzi Bankın banklara verdiyi kreditlər üzrə götürdüyü girov əmlaklar üzrə xeyli maraqlı məsələ üzə çıxacaq.
Bir-iki istisna olmaqla bizdə elə bank yoxdur ki, mən onu yoxlamağa başlasam, qısa müddət ərzində onun rəhbərliyinin cinayət məsuliyyəti üçün xeyli əsas tapa bilmərəm (şübhəsi olan aparıcı bankımızın keçmiş rəhbərinin indi harada olmasını xatırlasın). Çünki bank sistemimiz ağır xəstədir. Xəstənin yeri isə palatadır. Mərkəzi Bankın yeri Hesablama Palatası, kommersiya banklarının isə Maliyyə Bazarlarına Nəzarət Palatasıdır. Həmin Palatalardakı peşəkarlar işə düzgün yanaşsa, bütün cinayətlərin üstü açılar, günahkar bankirlər məsuliyyətə cəlb olunar, onların müsadirə edilmiş əmlakı isə dövlətə keçər. Yeri gəlmişkən, həmin müsadirə edilmiş əmlak hesabına əhalinin problemli borclar məsələsini də həll etmək olar...
Əkrəm Həsənov, bank məsələləri üzrə ekspert
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































