Azərbaycan ordusunun ölüm maşını  - Video

Azərbaycan ordusunun ölüm maşını - Video

Hazırda oxunan: Azərbaycan ordusunun ölüm maşını - Video

136499
Azərbaycan Quru Qoşunlarının silahlanmasında Reaktiv Yaylım Atəşi Sistemləri xüsusi rol oynayır.
 
Ordumuzun arsenalında olan T-107 Anadolu Türkiyə istehsalı reaktiv artilleriya sistemidir.
 
107 mm-lik reaktiv yaylım atəş sistemləri atəşinin idarə edilməsi mini əl kompüterinin üzərindən həyata keçirilir. 12 lüləli T-107-nin boş halda çəkisi 385 kiloqramdır. T-107-lərdə raket buraxılışı 0.5-0.7 saniyə intervalladır.
 
ROKETSAN istehsalı olan T-107 reaktiv yaylım atəş sistemləri elə bu şirkətin istehsalı olan TR-107 artırılmış mənzilli raketlərlə atəş açır. TR-107 raketlərinin atış mənzili 11 km təşkil edir ki, bu da MDB məkanında geniş yayılmış Rusiya və Ukrayna istehsalı olan raketlərin atış mənzilindən 3-4 km çoxdur. TR-107 raketləri atış mənzilinə, dəqiqliyinə və dağıdıcı gücünə görə öz sinfində ən mükəmməl və dünyada qəbul edilən raketlərdən hesab olunur.
 
TR-107 raketlərində az tüstülü kompozit yanacaq tətbiq edilib. Qəlpə-fuqas döyüş başlığına sahib olan bu raket uzaq məsafədəki kiçik hədəflərə qarşı da effektiv tətbiq oluna bilir. Raketin ağırlığı 19.5 kq, döyüş başlığının ağırlığı 8.4 kq-dır.
 
Azərbaycan və Türkiyə ordusu tərəfindən istifadə edilir.(Baku.vs)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO